Lukaşenko azərbaycanlı biznesmenə “Şərəf” ordeni verdi

Lukaşenko azərbaycanlı biznesmenə “Şərəf” ordeni verdi
7news.az bildirir ki, bu barədə prezidentin mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, ölkə başçısının imzaladığı əmrlə "Ulu Göyçə” tikinti və investisiya şirkətinin direktoru İsmayılov Vasif Sultan oğlu "Şərəf” ordeni ilə təltif olunub. 

Azərbaycanlı iş adamı bu dövlət mükafatına Belarusla Azərbaycan arasındakı ticari-iqtisadi əlaqələrin və investisiya əməkdaşlığının inkişafındakı mühüm şəxsi töhfəsinə görə layiq görülüb. 

İsmayılov Vasif Sultan oğlu Minskdə Mayakovski və Aranskaya küçələrinin kəsişməsində inşa edilən biznes mərkəzinin investorlarından biri kimi tanınır.  

O, eyni zamanda, Azərbaycan Ticarət Evinin yerləşdiyi "Abşeron” çoxfunksiyalı kompleksin inşasında da iştirak edib.  

2013-cü ildə onun şirkəti Belarusun Azərbaycandakı səfirliyinin yeni binasını inşa edib. 


Xəbər lenti