Koronovirusla mübarizə məqsədilə QHT Şurası yanında İctimai Qərargah yaradıldı
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının onlayn iclası keçirilib. İclasda koronovirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasında geniş yayılmasının qarşısının alınması ilə bağlı tədbirlər məsələlər müzakirə olunub.
Şura sədri, deputat Azay Quliyev iclası giriş sözü ilə açaraq gündəliyə təqdim olunan məsələlər barədə məlumat verib. Gündəlik səsə qoyularaq, yekdilliklə qəbul olunub.
Gündəliyə təqdim olunan məsələ haqqında Katibliyin icraçı direktoru Fərasət Qurbanov geniş məruzə ilə çıxış edib. Şura üzvləri koronovirus (COVİD-19) pandemiyasının Azərbaycan Respublikasında geniş yayılmasının qarşısının alınması ilə bağlı təqdim olunan təklifləri məqsədəuyğun hesab etdiklərini bildiriblər.
Şura 2 aprel 2020-ci ildə "QHT-lərin koronovirusla mübarizəyə həsr olunan ümumrespublika onlayn konfransı”nın iştirakçılarının irəli sürdüyü təkliflərin icraya yönləndirilməsi haqqında qərar qəbul edib. Qərarda deyilir:
1. Koronovirus (COVİD-19) pandemiyasının Azərbaycan Respublikasında geniş yayılmasının qarşısının alınması ilə bağlı Azərbaycan Respublikasında fəaliyyət göstərən QHT-lərin iştirakı ilə 2 aprel 2020-ci ildə onlayn qaydada keçirilmiş Ümumrespublika Konfransının təklifləri nəzərə alınsın (təkliflər üçün aşağıya bax) və baxılması üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargaha təqdim edilsin;
2. Koronovirus (COVİD-19) pandemiyasının Azərbaycan Respublikasında geniş yayılmasının qarşısının alınması istiqamətində ictimai nəzarət, monitorinq və məlumatlandırma tədbirlərinin gücləndirilməsi məqsədilə Şuranın yanında İctimai Qərargah yaradılsın;
3. İctimai Qərargah ümumrespublika konfransında irəli sürülən və vətəndaş cəmiyyətinin funksiyalarına aid olan məsələlərin icrası ilə bağlı müvafiq tədbirlər görsün;
4. İctimai Qərargah Şuranın Real TV ilə birgə həyata keçirdiyi "Evdə qal, cəmiyyəti qoru” adlı ictimai monitorinq və məlumatlandırma kampaniyası ilə əlaqədar xüsusi gücləndirilmiş karantin rejiminin tələblərinə uyğun yeni Qaydalar hazırlasın;
5. İctimai Qərargah fəaliyyəti barədə mütəmadi olaraq Şuraya hesabat versin və gördüyü işlər barədə mütəmadi olaraq ictimaiyyəti məlumatlandırsın;
6. Şuranın Real TV ilə birgə həyata keçirdiyi "Evdə qal, cəmiyyəti qoru” adlı ictimai monitorinq və məlumatlandırma kampaniyasına digər televiziyaların, KİV-lərin, habelə QHT-lərin informasiya resurslarının cəlb edilməsi ilə bağlı müvafiq tədbirlər görülsün;
7. Koronovirusla mübarizə tədbirlərini gücləndirmək məqsədilə mərkəzi və yerli icra hakimiyyəti orqanları yanında fəaliyyət göstərən İctimai şuraların iştirakı ilə onlayn müşavirənin keçirilməsi təşkil edilsin;
8. Karantin dövründə vətəndaşların evdə vaxtının səmərəli keçirilməsinə yardım etmək məqsədilə "Evdə qalaq, birgə olaq” ictimai dəstək və marifləndirmə kampaniyası təşkil edilsin.
9. Şura Katibliyi bu qərarların icrası ilə bağlı müvafiq tədbirlər görsün.
2 aprel 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının "QHT-lərin koronovirusla mübarizəyə həsr olunan ümumrespublika onlayn konfransı”nda irəli sürülən
TƏKLİFLƏR
1. Şuranın yanında dövlətin COVİD-19 pandemiyası ilə apardığı mübarizəyə dəstək məqsədi ilə "QHT-lərin İctimai Qərargahı” yaradılsın.
2. Şuranın Real TV ilə birgə təşkil etdiyi "Evdə qal, cəmiyyəti qoru” ictimai monitorinq və məlumatlandırma kampaniyası təqdir olunsun, onun əhatə dairəsi daha da genişləndirilsin. Ölkənin digər televiziya kanallarının da bu kampaniyaya qoşulması təşviq edilsin.
3. Qərargahın onlayn Qaynar Xətti yaradılsın.
4. Qərargah QHT-lərin monitorinq aparma qaydaları haqqında təlimat hazırlasın.
5. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının yanında fəaliyyət göstərən İctimai Şuraların üzvləri ilə onlayn konfrans keçirilsin.
6. QHT sədrlərinin, ictimai fəalların, sosial şəbəkələrdə nüfuz liderlərinin əhaliyə video və ya yazılı müraciətləri hazırlansın, "Evdə qal, cəmiyyəti qoru” ictimai monitorinq və məlumatlandırma kampaniyasının şərtlərinə uyğun çağırışlar edilsin.
7. Regionlarda ictimai nəzarət və məlumatlandırma işinin təşkili üçün QHT-lərin regional resurs və təlim mərkəzləri və yerli QHT-lərin fəal iştirakı təmin olunsun.
8. Vətəndaşların evdə vaxtının səmərəli keçirilməsinin təşkilinə yardım məqsədilə müxtəlif mövzularda "evdə qalaq, birgə olaq” onlayn ictimai dəstək və maarifləndirmə kampaniyanı təşkil edilsin.
9. Özəl sektora müraciət olunsun ki, ərzaq və tibb ləvazimatların onlayn alış-veriş, sifariş və çatdırılma xidmətlərinin əhatə dairəsi və sayı artırılsın, bu sahədə ixtisaslaşmış QHT-lərlə əməkdaşlıq genişləndirilsin.
10. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Səhiyyə Nazirliyi və Nazirlər Kabineti yanında Operativ Qərargahın məsul nümayəndələri ilə QHT-lərin onlayn görüşü keçirilsin.
11. COVİD-19 pandemiyasına qarşı dövlət proqramlarının təşviqi və onun icrasına ictimai nəzarətin həyata keçirilməsi təşkil olunsun.
12. Hökumətin qeyri-rəsmi məşğul əhalinin dəqiq sayının müəyyənləşdirilməsi və onlara sosial yardımların edilməsi ilə bağlı tədbirlərinə ictimai dəstək verilsin.
13. Marketlərdə, mağazalarda və digər satış yerlərində qiymətlərin süni artırılmasının qarşısını almaq və bu barədə müvafiq qurumları məlumatlandırmaq məqsədilə ictimai monitorinqlər təşkil edilsin.
14. İctimai Qərargah üzvlərinin fəaliyyətini təmin etmək üçün onlara birdəfəlik və uzunmüddətli buraxılışların verilməsi üçün Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət edilsin.
15. Yaşı 65-dən aşağı və sağlamlıq durumu hazırkı pandemiya şəraitində işləməyə adekvat olan QHT sektorunda fəaliyyət göstərən könüllülərin siyahısı hazırlansın və koronovirusla mübarizə üzrə həyata keçirilən tədbirlərə cəlb edilsin.
16. Xüsusi karantin rejimində leykozlu, talasemiyalı və digər qan xəstəliklərinin daşıyıcılarına qan köçürülməsi, tibbi yardımın göstərilməsi, donorların qanvermə aksiyalarında iştirakı istiqamətində zəruri tədbirlər görülsün.
17. Ölkə ərazisi üzrə bütün təhsil müəsisəsələrində distant təhsilin təşkilini sürətləndirmək məqsədilə müfaviq qurumlar qarşısında məsələ qaldırılsın və bunla bağlı görülmüş işlərin ictimai monitorinqi həyata keçirilsin.
18. Eşitmə və nitq məhdudiyyətli insanlar üçün maarifləndirici və məlumatlandırıcı sosial çarxların, elanların, məlumatların işarət dili ilə çatdırılması təşkil edilsin. İxtisaslaşmış QHT-lər bu işə cəlb olunsun.
19. Koronovirus pandemiyasının yayılmasına səbəb ola biləcək bərk tullantıların, istifadə edilmiş tibbi ləvazimatların toplanıb məhv edilməsi ilə bağlı görülən işlər genişləndirilsin. Ətraf mühitin qorunması sahəsində ixtisaslaşmış QHT-lər bu işə cəlb olunsun.
20. Hazırkı sosialtəcrid dövründə vətəndaşların, o cümlədən hüquqi və fiziki şəxslərin internetdən istifadə ehtiyaclarının artmasını nəzərə alaraq, ölkə üzrə internet xidmətinin keyfiyyətinin və sürətinin artırılması, eyni zamanda internet xidməti ödənişlərinin ən azı karantin müddətində 50 faiz azaldılması məsələsi hökumət qarşısında qaldırılsın.
21. Kabel televizyalarının abunə qiymətlərinin aşağı salınması və proqramların sayının artırılması haqqında məsələ qaldırılsın.
22. Qaçqın və məcburi köçkünlərin məskunlaşdığı yataqxanalarda, habelə yataqxana tipli binalarda mütəmadi dezinfeksiya işlərinin aparılması müvafiq qurumlar qarşısında qaldırılsın.
23. Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası yuxarıda qeyd edilən bütün təkliflərin icarası ilə bağlı müvafiq tədbirlər görsün.
7News.Az
Xəbər lenti
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:33Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:51“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:53“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
12:27“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:18"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
10:56Türkiyəli qonaqlar "ASAN xidmət"də
-
17:16Mingəçevirdə “Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib
-
16:40Mingəçevirdə “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində tinglər əkilib
-
16:38“Yaşıl Dünya Naminə Həmrəyliyə gedən yol” mövzusunda Dəyirmi masa keçirilib: MİNGƏÇEVİRDƏ
-
10:37“Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib – FOTOLAR
-
17:05Laçında əlverişsiz hava şəraitində azan Azərbaycan hərbçisi Ermənistandan Bakıya gətirilib
-
15:10“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
18:01Deputat: Antalya Forumundan Ermənistanın regionda sülhün bərpasında ciddi məsuliyyət daşıdığına bir daha əmin olduq
-
13:53İlham Əliyev o üç ölkənin adını buna görə çəkdi - rəylər
-
13:22Almaniyadan Bakıya Qarabağ jesti- situativ reverans, yoxsa...
-
11:20“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
09:59Xocalı şəhidləri Polşadakı katolik kilsəsində anılıb - Foto/Video
-
13:52Deputatdan SENSASİON YAZI: "Xocalı soyqırımında adı keçənlər..."
-
13:09Layihənin adı: “QİÇS və Narkomaniyaya qarşı mübarizə tədbirlərinin keçirilməsi”
-
14:25Prezident İlham Əliyevin açıq mesajları xarici siyasətimizin gələcək prioriteti baxımından çox önəmlidir - Deputat
-
15:55“Samir Rzayevin gəlişi AZAL-da çox şeyi yaxşıya doğru dəyişib” – Elşən Musayev
-
14:47"Dünən şahidi olduq ki, idman nə qədər böyük siyasətdir" - Deputat
Digər xəbərlər
-
SİYASƏT
Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
SİYASƏT, GÜNDƏM
Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
SİYASƏT
"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
SİYASƏT
4 fəsil dəniz mövsümü olan şimal adası
-
SİYASƏT
“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
SİYASƏT
Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
SİYASƏT
“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
SİYASƏT
“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
SİYASƏT
Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR