Koronavirus pandemiyası ilə mübarizədə gənclər təşkilatlarının rolu stimullaşdırılır

Koronavirus pandemiyası ilə mübarizədə gənclər təşkilatlarının rolu stimullaşdırılır
Sentyabrın 14-də Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə "Koronavirus pandemiyası ilə mübarizədə gənclər təşkilatlarının rolunun stimullaşdırılması” layihəsi çərçivəsində ictimai nəzarət qrupları ilə görüş keçiriləcək.

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasından (ARGTMŞ) AZƏRTAC-a bildiriblər ki, ictimai nəzarət qruplarının yaradılmasında əsas məqsəd pandemiya dövrü ərzində cəmiyyəti ictimai yerlərdə karantin şərtlərinə əməl edərək gigiyenik vasitələrdən istifadəyə təşviq etmək, insanlar arasında sosial məsafənin saxlanılmasına nəzarəti gücləndirməkdir.

Maarifləndirmə tədbirlərini həyata keçirmək, COVID-19 pandemiyasının yayılmasının qarşısını almaq ictimai nəzarət qruplarının prioritet hədəflərindəndir.

Qeyd edək ki, layihə 32 gənclər təşkilatı və nümayəndələrinin iştirakı ilə həyata keçirilir.

Xatırladaq ki, ARGTMŞ tərəfindən pandemiya ilə mübarizədə gənclərin maarifləndirilməsi məqsədilə mütəmadi olaraq müxtəlif layihələr reallaşdırılır və vebinarlar təşkil edilir.

Xəbər lenti