“Kim Çen koronavirusun qorxusundan yeraltı bunkerdən çıxmır...”

“Kim Çen koronavirusun qorxusundan yeraltı bunkerdən çıxmır...”
Şimali Koreya diktatoru Kim Çen In ölümcül  "COVID-19”a yoluxmaq qorxusundan ictimaiyyətə görünmür. O, yeraltı bunkerdə gizlənir.

 7News.Az İsrail mediasına istinadla xəbər verir ki,  bunu yerli mətbuata Cənubi Koreyanın naziri Kim En -Çul açıqlayıb.

"Doğrudur, o, hakimiyyətə gələndən bəri atası Kim Ir Senin doğum gününü qaçırmayıb. Acaq bir çox ildönümü tədbirləri, o cümlədən qeydetmə və ziyafətlər koronavirusla əlaqədar problemlərə görə ləğv edilib. Düşünmürəm ki, mövcud vəziyyəti nəzərə alsaq, Kim Çenin görünməməsində bir qeyri-adilk var”-deyə nazir bildirib.

Qeyd edək ki, Şimali Koreya səlahiyyətliləri bu günədək ölkədə təsdiqlənmiş koronavirus infeksiyası hallarının olmadığını söyləyirlər.

7News.Az

Xəbər lenti