Jitomirə raket atıldı: Dağıntılar altında qalanlar var - FOTO/VİDEO

Jitomirə raket atıldı: Dağıntılar altında qalanlar var - FOTO/VİDEO

Ukraynanın Jitomir şəhərinə Rusiyanın atdığı raket zərbəsi nəticəsində dağıntılar altında qalanların xilas olunması davam edir.

İnsanların dağılmış fərdi yaşayış evlərinin dağıntıları altında qalma ehtimalının olduğu qeyd edilir. Əraziyə 100-ə yaxın xilasedici cəlb olunub.

 

Xilasedicilər artıq dağılmış evlərin zirzəmilərindən 6-sı uşaq olmaqla 12 nəfəri çıxararaq xilas ediblər.

Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti Jitomirdə aviazərbənin nəticələri ilə bağlı məlumatı dəqiqləşdirib. Çərşənbə günü, martın 2-si səhər saatlarına olan məlumata görə, iki nəfərin ölümü təsdiqlənib, daha 16 nəfər yaralanıb.

Xatırladaq ki, Jitomirdə ötən gecə özəl sektor raket hücumuna məruz qalıb, "Kalibr” raketi ilə yaşayış evləri vurulub.

 

Mənbə: Korrespondent

Xəbər lenti