İtkin pilotumuzun həyat yoldaşından açıqlama - “Nə baş verdiyini anlaya bilmirəm”

İtkin pilotumuzun həyat yoldaşından açıqlama - “Nə baş verdiyini anlaya bilmirəm”
"Çox vətənpərvərdi. Sənətini, işini çox sevir... Nə baş verdiyini hələ də anlaya bilmirəm...Məni bağışlayın, danışa bilmirəm...”
7NEWS.az xəbər verir ki, bu sözləri News24.az-a açıqlamasında dünən gecə saatlarında Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəzaya düşən polot Rəşad Atakişiyevin həyat yoldaşı Könül Atakişiyeva deyib.

Göz yaşları ilə sözünün davamını gətirə bilməyən hərbçi xanımı həyat yoldaşının sağ-salamat qayıdacağına ümid etdiyini bilirib.

Qəzaya uğrayan hərbçinin qayınatası sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli isə hadisənin təfərrüatları haqda bunları deyib:

"Axtarışlar ciddi şəkildə davam etdirilir. Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, hətta əhali belə axtarışlara cəlb olunub. Biz də ümidlə yaxşı xəbər gözləyirik. Bizə də hadisənin necə baş verməsi haqda ətraflı heç nə demirlər”.

Q.Hüseynli kürəkəninin peşəkar hərbçi oluğunu da qeyd edib: "Rəşadın 34 yaşı var. Heydər Əliyev adına Hərbı Akademiyanın məzunudur. Yüksək səviyyəli pilotdur. Yaxşı hərbi təlim keçmişdi. Hərbi hissə komandirinin müaviniliyinə qədər yüksəlib . Türkiyədə keçirilən təlimlərın olub. TÜRKAP hərbi təlimlərinin hamısında iştirak edib. Hərbi hissədə də hamının yanında hörmət qazandığını görürəm. Hamısı peşəkarlığından danışırlar”.

Q.Hüseynli bildirib ki, R.Atakişiyev gecə təlimində yalnız olmayıb: "Onunla yanaşı daha iki təyyarə havaya qalxıb. Amma adətən "Miq-29”lar tək adamlıq oluğundan təyyarədə yalnız olub. Komandiri də onunla eyni vaxtda təlimdə iştirak edib. Gecə döyüş hazırlığı təlimində düşmən təyyarəsinə hücumun variantlarını sınaqdan keçiriblər. Digər iki təyyarə yerə enib. Amma Rəşadın olduğu təyyarə radarda itib”.

Qabil Hüseynli də pilotun tapılaçağına ümid etdiyini bildirib: "Ümidimiz Allahadır. Səbirlə axtarışların sonunu gözləyirik”

Qeyd edək ki, Rəşad Atakişiyevin iki oğlu var.

Xəbər lenti