İtalyan senator: Ümid edirəm ki, Azərbaycan və Ermənistan arasında dialoqun təşviq edilməsi üçün yeni təşəbbüslər irəli sürüləcək
01 Mart 2019, 10:33
01 Mart
2019
10:33
2636
İtaliya parlamentində İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, hakim "5 Ulduz Hərəkatı” partiyasının üzvü, senator Stefano Luçidi Senatın plenar iclasında Xocalı soyqırımının 27-ci ildönümü münasibətilə çıxış edib.
Azərbaycan XİN-dən Trend-ə verilən məlumata görə, çıxışında senator qeyd edib: "Müasir tarixin az tanınan və ya demək olar ki heç tanınmayan faciələrindən birini bu auditoriyaya və ölkəyə xatırlatmaq üçün İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun yeni sədri kimi çıxış etməkdən məmnunluq duyuram. Məhz bu gün, 26 fevral 1992-ci il tarixi Xocalı qətliamının iyirmi yeddinci ildönümüdür və bu gündə Dağlıq Qarabağ müharibəsi zamanı çoxlu sayda etnik mülki azərbaycanlı qətlə yetirilmişdir. Ermənistan ordusunun Xocalı şəhərinə hücumu zamanı müxtəlif qiymətləndirmələrə görə 613 mülki şəxs öldürülmüş, bir çoxları əsir götürülmüşdür. "Human Rights Watch” təşkilatı Xocalı qətliamını "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən böyük və dəhşətli qırğını” kimi təsvir etmişdir.
İyirmi ildən çoxdur ki, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ regionunu və ətraf yeddi rayonunu hərbi işğal altında saxlayır. Ermənistan Azərbaycan ərazilərinin təxminən iyirmi faizini işğal etmişdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışanda 1993-cü ildə qəbul olunmuş BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən dörd qətnaməsini – 822, 853, 874 və 884 saylı qətnamələrini xatırlamaq vacibdir. Bu qətnamələr hələ də yerinə yetirilməmişdir. Həmçinin Avropa Parlamentinin 23 oktyabr 2013-cü il tarixli qətnaməsini xatırlamaq lazımdır. Bu qətnamədə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tətbiqi yolu ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli dəstəklənir.
Xatırlatmalıyam ki, Sovet İttifaqının dağılması və ittifaqı təşkil edən çoxsaylı etnik qrupların müstəqillik qazanması kontekstində sovet sisteminin çökməsindən sonra həmin etnik qruplar öz aralarında müharibəyə başladılar. Təəssüf ki biz Balkan yarımadasında olduğu kimi gördük ki, keçmiş sovet respublikalarının müstəqillik hərəkatlarının doğurduğu müharibələr əsl soyqırımlar yaratdılar və başqasına münasibətdə bir etnik qrupun kökünü kəsmək məqsədilə əhaliyə zərbələr endirdilər.
Dağlıq Qarabağ müharibəsi ümumiyyətlə az tanınmışdır, lakin bu gün də davam edir. Keçmiş qanunvericlik dönəmində münaqişənin yenidən alovlanması ilə bağlı narahatlığımızı ifadə etmişik, həqiqətən 2016-cı ilin 2-5 aprel tarixlərində Ermənistan və Azərbaycan qoşunları arasında toqquşmalar oldu və döyüş bölgəsində hər iki tərəfdən təxminən 180 hərbçi öldürüldü. Ümid edirəm ki, tərəflər arasında dialoqun təşviq edilməsi üçün yeni təşəbbüslər irəli sürüləcək və beləliklə uzun müddətdir ki davam edən münaqişə qəti olaraq həll ediləcəkdir. Bu münaqişə hər an baş verə biləcək davamlı müharibə vəziyyəti yaratmaqla cəlb olunan ölkələrin cəmiyyətlərinə ağır təsir edir və göründüyü kimi bundan vətəndaşlar, demokratik qaydalar və gündəlik həyatın normallığı əziyyət çəkir.
Hörmətli Senatın Sədri,
Bunun üçün arzu edirəm ki, soyuq müharibəninin fəsadlarını nəhayət ki aradan qaldırmaq üçün regionun bu iztirablarına son qoyaraq və müharibə qurbanlarına ədaləti təmin edərək, dialoqu təşviq etmək və tezliklə BMT-nin qətnamələrinə müvafiq olaraq sülhə nail olmaq üçün İtaliya hökuməti təşəbbüs irəli sürəcəkdir”.
Xəbər lenti
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:33Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:51“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:53“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
12:27“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:18"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
10:56Türkiyəli qonaqlar "ASAN xidmət"də
-
17:16Mingəçevirdə “Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib
-
16:40Mingəçevirdə “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində tinglər əkilib
-
16:38“Yaşıl Dünya Naminə Həmrəyliyə gedən yol” mövzusunda Dəyirmi masa keçirilib: MİNGƏÇEVİRDƏ
-
10:37“Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib – FOTOLAR
-
17:05Laçında əlverişsiz hava şəraitində azan Azərbaycan hərbçisi Ermənistandan Bakıya gətirilib
-
15:10“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
18:01Deputat: Antalya Forumundan Ermənistanın regionda sülhün bərpasında ciddi məsuliyyət daşıdığına bir daha əmin olduq
-
13:53İlham Əliyev o üç ölkənin adını buna görə çəkdi - rəylər
-
13:22Almaniyadan Bakıya Qarabağ jesti- situativ reverans, yoxsa...
-
11:20“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
09:59Xocalı şəhidləri Polşadakı katolik kilsəsində anılıb - Foto/Video
-
13:52Deputatdan SENSASİON YAZI: "Xocalı soyqırımında adı keçənlər..."
-
13:09Layihənin adı: “QİÇS və Narkomaniyaya qarşı mübarizə tədbirlərinin keçirilməsi”
-
14:25Prezident İlham Əliyevin açıq mesajları xarici siyasətimizin gələcək prioriteti baxımından çox önəmlidir - Deputat
-
15:55“Samir Rzayevin gəlişi AZAL-da çox şeyi yaxşıya doğru dəyişib” – Elşən Musayev
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
12 Mart 2024
11 Mart 2024
10 Mart 2024
09 Mart 2024
07 Mart 2024
06 Mart 2024
05 Mart 2024
04 Mart 2024
02 Mart 2024
27 Fevral 2024
26 Fevral 2024
24 Fevral 2024
23 Fevral 2024
Digər xəbərlər
-
AZƏRBAYCAN, SAVAŞ, DİASPORAMIZ DÜNYADA
Koordinasiya Şuraları və Azərbaycan evləri də 24 saat işləyəcək
-
AZƏRBAYCAN, SAVAŞ, DİASPORAMIZ DÜNYADA
İtalyan senator: Ümid edirəm ki, Azərbaycan və Ermənistan arasında dialoqun təşviq edilməsi üçün yeni təşəbbüslər irəli sürüləcək
-
AZƏRBAYCAN, SAVAŞ, DİASPORAMIZ DÜNYADA
ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupun həmsədri Stiv Koen Xocalı faciəsinin ildönümü ilə bağlı bəyanat verib
-
AZƏRBAYCAN, SAVAŞ, DİASPORAMIZ DÜNYADA
Strasburqda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib
-
AZƏRBAYCAN, SAVAŞ, DİASPORAMIZ DÜNYADA
Pakistanlı nazir: Dağlıq Qarabağ münaqişəsində Azərbaycana verdiyimiz dəstək davam edəcək
-
AZƏRBAYCAN, SAVAŞ, DİASPORAMIZ DÜNYADA
Qarabağdakı etirazlar Saakyanı qorxuya saldı, dərhal İrəvanı köməyə çağırdı