İsveç-Azərbaycan Federasiyası ölkəmizə qarşı təbliğat aparanlara CAVAB VERDİ

İsveç-Azərbaycan Federasiyası ölkəmizə qarşı təbliğat aparanlara CAVAB VERDİ

Avropa Liqasının final oyunun Bakıda keçirilməsinin əleyhinə olan bəzi qüvvələr öz məkrli siayəsətlərini davam etdirməkdədir. 

 

LOBBI.az xəbər verir ki, İsveç-Azərbaycan Federasiyası gündəmdə olan bu məsələyə qarşı bəyanat yayıb. Bəyanatda deyilir:

 

"Avropa, ilk növbədə İngiltərə mediasında Azərbaycan əleyhinə növbəti təbliğat kampaniyası aparıldığının şahidiyik. Avropa çempionatının final oyunları Bakıya təyin olunduğuna görə UEFA təzyiqlərə məruz qalır, Azərbaycanın "çox uzaqda yerləşdiyi”, ingilis futbol azarkeşlərinin bura gəlməyə çətinlik çəkdikləri, Bakının belə idman tədbirlərini qəbul etməyə hazır olmadığı kimi iddialar irəli sürülür. Bunu nümayiş etdirmək üçün "Arsenal” komandasının erməni əsilli futbolçusunun Bakıya buraxılmadığı barədə yalan məlumatlar yayılır. Belə məlumatların geniş auditoriyaya çatdırılması üçün erməni mənbələri sosial şəbəkələrdə xüsusi fəallıq göstərirlər.


Bir neçə il əvvəl Avropa turnirinin final oyununun digər Qafqaz ölkəsi Gürcüstana təyin olunması heç kimdə etiraz doğurmamışdı. Bakı isə daha yüksək səviyyəli bir çox idman tədbirlərinin təşkili təcrübəsinə malikdir. "Arsenal”ın futbolçusu Mxitaryana gəlincə, ona Azərbycanda tam təhlükəsizlik zəmanəti verildiyi ölkə rəsmiləri tərəfindən dəfələrlə bəyan edilmişdir.
Odur ki, Azərbaycan əleyhinə təşkil olunmuş bu məkrli kampaniyanı qətiyyətlə pisləyir, xalqları yaxınlaşdırmalı olan idman yarışlarının siyasi təbliğat məqsədi ilə istifadə cəhdlərini dayandırmağı tələb edirik.


Aşkardır ki, bu çirkin kampaniyanın Avropa mediasında müəyyən dəstək qazanmasına Azərbaycanın beynəlxalq aləmdə yaradılmış imici mühüm təsir göstərir. Onun yüksəldilməsi üçün biz Azərbaycan hökumətini elan etdiyi islahatları gerçəkləşdirməyə, dəyişikliklər prosesində ölkədən kənarda yaşayan həmvətənlərimizin də imkanlarından geniş istifadə etməyə çağırırıq".

Xəbər lenti