İspaniya və Portuqaliyada yaşayan azərbaycanlıların əlaqələndirmə şuraları təsis edilib
Madriddə İspaniya və Portuqaliyada yaşayan azərbaycanlıları əlaqələndirmə şuralarının təsis yığıncağı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti, Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfiri Anar Məhərrəmov, İspaniyada və Portuqaliyada yaşayan həmvətənlərimiz, diaspor təşkilatlarının fəalları iştirak ediblər.
Yığıncağın əvvəlində Azərbaycanın dövlət himni səslənib.
Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfiri Anar Məhərrəmov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyətini, habelə tədbirə toplaşmış həmvətənlərimizi salamlayıb. Səfir qeyd edib ki, Dövlət Komitəsi xaricdəki Azərbaycan diasporu ilə sıx əməkdaşlıq edir, onun daha sıx birləşməsi üçün səy göstərir. Madrid görüşünü bu səmərəli fəaliyyətin əyani nümunəsi hesab edən səfir diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin beynəlxalq aləmdə mövqelərinin daha da möhkəmlənməsi üçün həmvətənlərimizin sıx birliyinin mühüm rol oynamasını həmişə vurğulayır.
Fuad Muradov görüşdə Dövlət Komitəsi tərəfindən xaricdəki Azərbaycan diasporu ilə əlaqələrin nizamlanmasına və möhkəmlənməsinə, bütün dünya azərbaycanlılarının dəstəklənməsinə, milli birliyə yönəlmiş işlər barədə danışıb. F.Muradov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Dövlət Komitəsinin sədri kimi onun qarşısında qoyulmuş vəzifələrdən biri ölkəmizin hüdudlarından kənarda yaşayan azərbaycanlılarla mütəmadi görüşlər keçirməkdən, xaricdəki Azərbaycan diasporunun mobillik və mütəşəkkillik səviyyəsini yüksəltməkdən ibarətdir.
F.Muradov son bir ildə Azərbaycan diasporu ilə keçirilmiş görüşlər, xalqımızın milli-mədəni irsinin təbliği, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üzrə görülmüş işlər, habelə Dövlət Komitəsinin qarşıdakı planları barədə məlumat verib.
Vurğulanıb ki, bizim xaricdəki icmaların daha səmərəli fəaliyyətinə nail olmaq məqsədilə bir sıra ölkələrdə əlaqələndirmə şuraları yaradılıb.
Görüşdə Azərbaycanın diaspor siyasətinə və Dövlət Komitəsinin son bir ildə görülmüş işlərə həsr edilmiş "Vətən uzaqda deyil” adlı promoçarx və videoçarx nümayiş etdirilib.
İspaniyada Azərbaycan diasporunun daha sıx birləşməsi və onun fəaliyyətinin gücləndirilməsi barədə ətraflı fikir mübadiləsi aparılıb.
Sonra əlaqələndirmə şuraları təsis edilib. Səsvermə yolu ilə Yaqut Novruzova və Kərim Kərimov İspaniyada, Orxan Abbasov isə Portuqaliyada əlaqələndirici seçilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov AZƏRTAC-a müsahibəsində diqqətə çatdırıb ki, Madriddə çox səmərəli görüş keçirilib. Nəticədə iki əlaqələndirmə şurası təsis edilib. Bu yeni qurumlar vasitəsilə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üzrə diasporların fəaliyyətinin səmərəsinin artırılmasına yönəlmiş layihələr, o cümlədən mədəni xarakterli layihələr həyata keçiriləcək. O qeyd edib ki, 2018-ci ilin iyul ayında Prezident İlham Əliyevin Fərmanı ilə Azərbaycan Diasporuna Dəstək Fondu yaradılıb. Bu fakt bir daha onu göstərir ki, Vətən uzaqda deyil, bizim yanımızdadır.
İspaniya üzrə əlaqələndirici vəzifəsinə seçilmiş Yaqut Novruzova AZƏRTAC-ın xüsusi müxbiri ilə söhbətində ona göstərilmiş etimada görə hamıya təşəkkürünü bildirərək qeyd edib ki, o, öz missiyasını Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqəti İspaniyada yaymaqda görür. Y.Novruzova vurğulayıb ki, o, İspaniyada yaşayan həmvətənlərimizin sıx birləşməsi və inteqrasiyası üçün Azərbaycanın İspaniyadakı səfirliyi və Diasporla İş üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq şəraitində əlindən gələni edəcək.
Xəbər lenti
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
13:00Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:11Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:33Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:51“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:53“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
12:27“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:18"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
10:56Türkiyəli qonaqlar "ASAN xidmət"də
-
17:16Mingəçevirdə “Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib
-
16:40Mingəçevirdə “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində tinglər əkilib
-
16:38“Yaşıl Dünya Naminə Həmrəyliyə gedən yol” mövzusunda Dəyirmi masa keçirilib: MİNGƏÇEVİRDƏ
Digər xəbərlər
-
MANŞET, GƏNCLƏR DİASPORADA, DİASPORAMIZ DÜNYADA
Soydaşlarımız Ermənistanın ABŞ-dakı səfirliyi önündə etiraz aksiyası keçiriblər
-
MANŞET, GƏNCLƏR DİASPORADA, DİASPORAMIZ DÜNYADA
“Karabakh İs Azerbaijan!” adlı YouTube kanalının təqdimatı keçirilib
-
MANŞET, GƏNCLƏR DİASPORADA, DİASPORAMIZ DÜNYADA
28 May – Respublika Gününə həsr olunmuş virtual bayram tədbiri keçirilib
-
MANŞET, GƏNCLƏR DİASPORADA
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası Şuranın dəstəyi ilə yaratdığı LOBBİ.az saytını təqdim etdi – FOTOLAR
-
MANŞET, GƏNCLƏR DİASPORADA
İspaniya və Portuqaliyada yaşayan azərbaycanlıların əlaqələndirmə şuraları təsis edilib
-
MANŞET, GƏNCLƏR DİASPORADA
Diaspor Komitəsində Heydər Əliyevin 96-cı ildönümü qeyd olunub - FOTO
-
MANŞET, GƏNCLƏR DİASPORADA
Dövlət Gerbindən istifadə qaydaları haqqında qanun imzalandı
-
MANŞET, GƏNCLƏR DİASPORADA
Qarabağ İcmasının yeni sədri kimdir? - DOSYE
-
MANŞET, GƏNCLƏR DİASPORADA
Prezident “Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə FƏRMAN İMZALADI