İspaniya kurortunda azərbaycanlının 2 milyon dollarlıq saatı oğurlandı - MARAQLI...

İspaniya kurortunda azərbaycanlının 2 milyon dollarlıq saatı oğurlandı - MARAQLI...
İspaniyanın bütün dünyada məşhur olan İbiza kurortunda çox varlı azərbaycanlıya hücum edilib.

LOBBİ.Az "Daily Mail”ə istinadən xəbər verir ki, quldurlar 22 yaşlı azərbaycanlıya hücum edərək, onun 1,5 milyon avro qiyməti olan saatını oğurlaylblar.

Qarət edən şəxs hadisə yerindən qaçıb.

Şəhər polisi xəbər verir ki, oğurlanmış McLaren F1 saatından dünyada cəmi 75 ədəddir. Saatın çəkisi kəməri ilə birlikdə 40 qramdır.

"The Mirror" nəşrinin bildirdiyinə görə, Azərbaycandan olan ifrat varlı turist dəniz sahilində dostu ilə gəzintidə olarkən günün günorta çağı hücuma məruz qalıb. Oğru onu bir neçə dəfə itələdikdən sonra qolundakı superbahalı saatı götürərək qaçıb. Azərbaycandan olan turist qolundan və əlindən xəsarət alıb. Hadisədən dərhal sonra o, qaldığı otelə yollanıb və oradan polisə gedərək saatının oğurlandığı haqda məlumat verib.

virtualaz.org İbizada 1.5 milyon dollarlıq saatı oğurlanan ifrat varlı azərbaycanlının kimliyini araşdırmağa çalışır.

Moderator.az-ın qeydi: Həmin məşhur azərbaycanlının kimliyinə Avropda yaşayan jurnalist Cavanşir Həsənli aydınlıq gətirib:

"Günün sensasiyası İspaniyanın məşhur İbiza kurortunda Azərbaycan vətəndaşının 1 milyon funt sterlinqlik saatının oğurlanmasl barədə ingilis mətbuatının yaydığı xəbər oldu.
Təkcə ingilis mətbuatı deyil, qərbdən şərqə bütün dünyanın mətbuatı yazır. 
Bütün dünyanın ağzı açıla qalıb ki, 22 yaşlı azərbaycanlı belə bir saatın sahibi olub və üstəlik onu oğurlatdırıb. Hansı ki, dünyanın məşhur milyonerləri, böyük şirkət sahibləri belə qələti eləmirlər. 
22 yaşlı azərbaycanlı kimdir? Siz onu bəlkə də tanımırsınız, amma atasını gözəl tanıyırsınız. Dünyada 75 nüsxə ilə buraxılan Richard Mille 50-03 McLaren F1 saatları ancaq bizim məmurların övladları kimi kütbeyinlərə 1 milyon funta satırlar. Hələ də maraq edirsiniz kimdir?
Gözünüz ayağınızın altına baxsın. Nə görəcəksiniz? Asfaltı dağılmış, çökmüş yollar...Bizim yollarımızdır, milyonlar nədir, milyardların yeyildiyi yollar. Əlinizi cibinizə salın, o da dağıdılmış büdcəmiz kimi boş...
22 yaşlı azərbaycanlı məmur balasını yollarımız çoxdan Londona aparıb çıxarıb. Onun haqqında yazmışdım, 19 yaşında İngiltərənin milyonerləri sırasında idi. Dövlət Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədovun 1997-ci il oktyabr təvəllüdlü oğlu Sübhan Məmmədlini deyirəm. 2015-ci ildən indiyə kimi Londondakı King’s College-də təhsil alır, Avstriyada və Britaniyada atasının yollardan yığdıqlarının hesabına çoxmiyonlu şirkətlər açıb. Londonda Camellia House-də 5 milyonluq mənzil sahibidir. 
İndi bir saatı itirib, noolsun? Elə bilin, Xətaidə yol çöküb...Kimsə Saleh Məmmədova deyəsi deyil ki, gözün üstdə çatma qaşların var".
 
 
LOBBİ.Az

Xəbər lenti