İnam Kərimov Şamaxı və Kürdəmir Dövlət Aqrar İnkişaf Mərkəzlərinə yeni direktorlar təyin edilib

İnam Kərimov Şamaxı və Kürdəmir Dövlət Aqrar İnkişaf Mərkəzlərinə yeni direktorlar təyin edilib
Kənd Təsərrüfatı naziri İnam Kərimov Şamaxı və Kürdəmir Dövlət Aqrar İnkişaf Mərkəzlərinə yeni direktorlar təyin edib.

7NEWS.az -ın məlumatına görə, Elşən Cəbrayılov Kürdəmir DAİM-in, Etibar Muradlı Şamaxı DAİM-in rəhbəri təyin olunub.
Kürdəmir DAİM-in yeni direktoru bundan əvvəl Kürdəmir rayon icra hakimiyyətində aparıcı məsləhətçi işləyib. Etibar Muradlı isə Bakı Dövlət Universitetini bakalavr dərəcəsi üzrə bitirdikdən sonra Çexiyanın Mendel Universitetində kənd təsərrüfatının menecmenti ixtisası üzrə magistr təhsili alıb. NPC Agro konsaltinq və mühəndislik şirkətində direktor müavini vəzifəsində çalışıb.

O, daha sonra Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin əməkdaşı olub, ötən ilin sonundan "Azəraqrar Dövlət istehsalat və Emal Birliyi” MMC-də işləyib.

Qeyd edək ki, Şamaxı DAİM-in direktoru vəzifəsi vakant olub, Kürdəmir DAİM-in sabiq direktoru Mətləb Kərimov ötən ay yol verdiyi nöqsanlara görə işdən azad edilib.

Xəbər lenti