İllik gəliri milyardlarla ölçülən “Mosxoztorq”un yeni sahibi Zaur Mişiyev kimdir...
27 İyun 2019, 09:59
27 İyun
2019
09:59
2087
Moskvada ev üçün mallar satışı üzrə ixtisaslaşmış məşhur "Mosxoztorq” mağazalar şəbəkəsinin nəzarət səhm paketi Azərbaycan vətəndaşı Zaur Mişiyevin "Falcon Home Distribution” şirkətinə keçib.
LOBBİ.Az "Vedemosti” nəşrinə istinadən xəbər verir ki, Rusiyanın hüquqi şəxslərin qeydiyyatı Reyestrinin məlumatlarına əsasən 2019-cu il iyunun 17-dən etibarən mağazalar şəbəkəsini idarə edən əməliyyat şirkəti "MXT” MMC-nin səhmlərinin 50.5 faizi Bolqarıstanın paytaxtı Sofiyada qeydiyyatdan keçmiş "Falcon Home Distribution” şirkətinin mülkiyyətindədir. Həmin şirkətin sahibi isə Azərbaycan vətəndaşı Zaur Mişiyevdir.
Daha əvvəl isə həmin səhm paketi Veronika Kuryanovanın mülkiyyətində olub. "MXT” MMC şirkətinin qalan səhmləri İlya Polyaçkov (39.5 faiz) və İlya Traber (10 faiz) arasında bölünüb.
Zaur Mişiyevin Bolqarıstanda qeydiyyatdan keçmiş şirkəti döşək ağlarının, tekstilin, mebel və ərzaq mallarının satışı ilə məşğul olur.
"Mosxoztorq” təsərrüfat malları mağazaları şəbəkəsi isə ev, bağ evləri, bağça və məişət üçün əşyaların satışı üzrə ixtisaslaşıb. Şirkətin saytında göstərilir ki, şəbəkəyə Moskvada 36 mağaza daxildir. "Mosxoztorq” Moskvada 2015-ci ildən fəal şəkildə inkişaf etməyə başlayıb, lakin ötən ilin dekabrında əsasən şəhərin mərkəzindəki mağazalarını bağlamağa başlayıb. Bunun səbəbi kimi icarə haqlarının yüksək olması göstərilib.
Hərçənd 2017-ci ildə "MXT” MMC-nin hasilatı 2.25 milyard rubl təşkil edib, 2016-cı ildə isə bu rəqəm 1.28 milyard rubl idi. Beləliklə, şirkətin təmiz gəliri bir ilə az qala iki dəfə artıb.
İnternet mənbələrində mağazalar şəbəkəsinin yeni sahibi Zaur Mişiyev haqda təfərrüatlı məlumata rast gəlinmir. Bir mənbədə təkcə o göstərilir ki, Mişiyev Zaur Gerşumoviç adlı sahibkar "Zinqal Riç” MMC adlı şirkətin sahibi olub, həmin şirkət 2016-cı ildə ləğv edilib.
LOBBİ.Az
Xəbər lenti
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
13:00Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:11Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:33Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:51“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:53“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
Digər xəbərlər
-
DÜNYA
“Bu xain təşkilata (FETO) qarşı hamımız ayıq olmalıyıq”
-
DÜNYA, SİYASƏT
Araik Arutunyan istefa verdi
-
DÜNYA
SON DƏQİQƏ: Sinan Oğan qərarını açıqladı
-
DÜNYA, SİYASƏT
“Altılı masa”nı tərk edən Akşenerdən gözlənilməz gediş
-
DÜNYA, SİYASƏT
Kosovoda nə baş verir? Və yaxud Balkanlarda yeni müharibə başlayacaqmı? (TƏHLİL)
-
DÜNYA
Putin Ukraynada bütün cəbhəboyu atəşkəs elan edib
-
DÜNYA, SİYASƏT
Peskov: "Paşinyan KTMT-nin işini fiasko kimi şərh edir"
-
DÜNYA, SİYASƏT
“Fransa senatının qətnaməsi beynəlxalq hüquqa ziddir” – TƏHLİL
-
DÜNYA
Dünyada hava yolundan istifadə edən sərnişinlərin sayı 69 faiz artıb