İlham Əliyevin “Valday”dakı çıxışı Ermənistanı partlatdı - İCMAL
Azərbaycan Prezidenti İlham Əliyevin "Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasında çıxışı hazırda qaynar nöqtəyə çatan Ermənistandakı daxili siyasi vəziyyəti ağırlaşdırıb.
Bundan başqa, Azərbaycan dövlət başçısının "Qarabağ – Azərbaycandır. Və nida işarəsi” deyərək açıq bəyanat verməsi Ermənistan Baş naziri "Qarabağ – Ermənistanındır və nöqtə” fikrinin rədd edildiyini göstərir.
Bundan əlavə, Azərbaycan rəhbərliyinin Nikol Paşinyanın işğal altındakı Dağlıq Qarabağda səsləndirdiyi fikirlərdən sonra verdiyi pauza Yerevana açıq şəkildə anlamağa icazə verdi ki, erməni baş nazirin bu bəyanatı beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilməyib və bu fikirlər "Qarabağ klanı”nda simpatiya yaratmaq üçün deyilib.
Beynəlxalq ekspertlər Nikol Paşinyanın bəyanatının yolverilməzliyi və məntiqsizliyindən danışıblar, Soçidə keçirilən "Valday” forumu çərçivəsində Rusiya Daxili İşlər naziri Sergey Lavrov da erməni baş nazirin fikirlərini tənqid edib.
Bununla yanaşı, Rusiya xarici siyasət idarəsinin rəhbəri bildirib ki, danışıqlar prosesi dondurulub. Belə ki, İlham Əliyevin dünyanın bir sıra ölkələrinin liderlərinin, aparıcı dünya mütəxəssislərinin qarşısındakı nitqi lazımi vaxtda və yerdə edilib. Bunu hətta Ermənistanda da etiraf ediblər.
Ötən şənbə günü Yerevanda "Zerkalo” nəşrinin redaksiyasına hücum olub. Aksiya iştirakçıları özləri də etiraf ediblər ki, onlar binada vandalizm aktı həyata keçirmək niyyətində olublar, əgər qapılar açıq olsaydı, bu KİV-i bağlamağı tələb edəcəkdilər. Onlar nəşr tərəfindən yayımlanan "Əliyevdən Paşinyana tutarlı cavab” başlıqlı yazısından qəzəblənmişdilər.
Bunun daxili siyasi komponenti də var. Redaksiyaya hazırda Ermənistan Konstitusiya məhkəməsinin başçısı Qrayr Tovmasyanın bacısı Anjela Tovmasyan rəhbərlik edir. Q.Tovmasyanın istefasını Paşinyanın tərəfdarları aktiv şəkildə tələb edir.
Paşinyanın "Mənim addımım” fraksiyası bununla bağlı prosesi başladıb və parlament qanun layihəsini təsdiq edərək, Konstitusiya Məhkəməsinə göndərib. Konstitusiya Məhkəməsi Tovmasyanın postunu tərk edib-etməyəcəyinə qərar verəcək.
Hər halda, erməni sosial şəbəkə və "Telegram” kanal istifadəçiləri Yerevanın "Zerkalo” nəşrinə hücumu dəstəkləyiblər.
"Ermənistanda beşinci kolonu təmsil edən medianın qorunması fonunda demokratik dəyərlərin qorunduğunu demək təəccüblüdür. Gənclərdən ibarət qrupun dövlətin maraqları əleyhinə işləyən KİV redaksiyasına yumurtalar atması "antidemokratik” addımdır.
Nə qədər ki respublika anti-dövlət agentlərindən, o cümlədən, KİV-lərdən təmizlənməyib, nə qədər ki əvvəlki rejimin ölkəyə qarşı işləyən qolları fəaliyyət göstərir, demokratik dəyərlərə dair tezislər ictimaiyyət üçün gündəm ola bilməz.
Dövlət maraqlarına zidd hərəkət edən agentlərin müdafiəsinə qalxmaq uzaqgörənlik deyil”, - "miatsum”u müdafiə edən erməni teleqram kanallarından biri yazıb.
Ola bilsin ki, növbəti hücum Azərbaycan Prezidenti İlham Əliyevin "Valday” forumunda çıxışı zamanı səsləndirdiyi bəyanatı sərh edən Matenadaranın elmi əməkdaşı Qayane Ayvazyana ediləcək:
"Qorxulu Əliyev nağılını və yüksək tribunalardan "Ararat – bizim dağımızdır, bizim dağımızdır, bizim dağımızdır” (erməni mahnısı – red.) ruhlu xarici siyasət mətnlərini eşitmək istəmirəm”.
"Mən cəsarətli erməni mətbuatının və diplomatların Əliyevin Soçidəki bəyanatına münasibətini oxudum. O, Nikol Paşinyanın irəli sürdüyü iki ziddiyyətli məqama cavab verdi: A. "Qarabağ – Ermənistandır və nöqtə”, B – münaqişənin həlli Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ xalqları üçün məqbul olmalıdır. Əliyev öz növbəsində "Qarabağ – Azərbaycandır. Və nida işarəsi” deyib...
Cavabı danışdığın ruhda almaq təbiidir. Erməni mətbuatında dolaşan ikinci hissədə isə o, "Dağlıq Qarabağ xalqı yoxdur, eyni hüquqlara malik Ermənistan və Azərbaycan xalqlarından ibarət Dağlıq Qarabağ əhalisi var” söyləməklə Ermənistan baş nazirinə ağlabatan söz deyib. Bu çox savadlı bir sözdür, mən erməni tərəfinin buna reaksiyasını eşitmək istəyirəm”, - Qayane Ayvazyan yazıb.
Qısası, erməni tərəfinin balanslaşdırılmış qiymətləndirmələri bununla başa çatır. Siyasətçilərin, məmurlarıın və ekspertlərin böyük hissəsi isterikaya qapılaraq, qəribə bəyanatlar verir, bu isə Ermənistan cəmiyyətinin əksəriyyətinin əhval-ruhiyyəsini başa düşməyə imkan verir.
Belə ki, misal üçün, Ermənistan Demokratik partiyasının lideri Aram Sarkisyan "Sputnik Ermənistan”a msahibəsində Azərbaycan prezidentinin Soçidəki çıxışına toxunaraq, bildirib ki, Bakı ilə hüquq dilində danışmaq lazımdır. Axı Azərbaycan da beynəlxalq hüquqa riayət olunmasında, hüquq dilində danışmaqda israrlıdır.
Erməni siyasətçi İlham Əliyevin çıxışından o qədər narahat olub ki, ümumi təkliflər paketini hazırlayıb ATƏT-in Minsk qrupunun həmsədrlərinə təqdim edilməsi üçün bütün diasporların da iştirak etdiyi ümumermənistan forumunun çağırılmasını təklif edib.
Erməni analitiklər qəzəblənib:
"Lavrov Əliyevi "Qarabağ – Azərbaycandır. Və nida işarəsi” fikrinə görə tənqid edəcək? Yoxsa danışıqlar "Qarabağ – Ermənistandır və nöqtə” bəyanatı ilə yavaşlayır? Onları sakitləşdirmək olar. Azərbaycan prezidentinin ifadəsi bütün dünya tərəfindən tanınan Azərbaycanın ərazi bütövlüyü həqiqətini təsdiqləyir. Erməni baş nazirin fikirləri isə Azərbaycana qarşı ərazi iddialarının təqdimatıdır.
Ermənistan Xarici İşlər Nazirliyi də guya sülh prosesini təhdid edən Azərbaycanın "maksimalist mövqe” elan etməsi ilə fərqlənib. Növbəti dəfə: Azərbaycan Prezidentinin bəyanatı bir həqiqətdir. Dünyanın siyasi xəritələrində Qarabağ Azərbaycanın bir hissəsidir. Azərbaycan torpaqlarının işğalı, Ermənistandan başqa dünyanın heç bir dövləti tərəfindən tanınmayıb, onlar da de-yure deyil, yalnız de-fakto tanıyıb.
"Panorama” nəşri xəbər verir ki, öz növbəsində Ermənistan Milli Məclisinin xarici əlaqələr komitəsinin sədri Ruben Rubinyan hesab edir ki, İlham Əliyevin cavabı Bakının Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək istəmədiyini göstərir.
Lakin erməni tərəfi sülhə sadiqdir. Hansı sülhə? Qonşu dövlətin torpaqlarını işğal edən dövlət bəyan edir ki, ələ keçirilmiş ərazilər Ermənistandır? Erməni liderlərinin məntiqi sadəcə yoxdur. Ancaq bəzi ekspertlərin, məsələn, yuxarıda məlumat verdiyimiz Qayane Ayvazyan kimilərin Ermənistan hakimiyyəti üçün getdikcə daha çox sualları yaranır...
LOBBI.Az
Xəbər lenti
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
13:00Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:11Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:33Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:51“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:53“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
12:27“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:18"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
10:56Türkiyəli qonaqlar "ASAN xidmət"də
-
17:16Mingəçevirdə “Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib
-
16:40Mingəçevirdə “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində tinglər əkilib
-
16:38“Yaşıl Dünya Naminə Həmrəyliyə gedən yol” mövzusunda Dəyirmi masa keçirilib: MİNGƏÇEVİRDƏ
Digər xəbərlər
-
MANŞET, SİYASƏT
İlham Əliyev Münhendə Entoni Blinkenlə görüşdü (FOTO)
-
MANŞET, SİYASƏT
İlham Əliyev və oğlu Heydər Əliyev hərbi obyektlərdə olub (YENİLƏNİB/VİDEO)
-
MANŞET, SİYASƏT
Azərbaycan Prezidenti AŞPA-ya xəbərdarlıq edib
-
MANŞET, SİYASƏT
Azərbaycanda növbədənkənar prezident seçkiləri elan edildi
-
MANŞET, SİYASƏT
Blinken xahiş etdi, İlham Əliyev şərti açıqladı
-
MANŞET, SİYASƏT
Əli Nağıyev ATƏT-i Ermənistana dəqiq mina xəritələrini verməsi üçün təzyiq göstərməyə çağırıb
-
MANŞET, SİYASƏT
İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının bəyanatı
-
MANŞET, SİYASƏT, GÜNDƏM
Ankarada Ulu Öndərin və Türkiyənin 100 illiyinə həsr olunmuş konfrans təşkil edilib
-
MANŞET, SİYASƏT
500-dən çox xarici QHT fəalı Ermənistanın saxta təbliğatını ifşa edən müraciət yaydı