İbrahim Rüstəmli: “Bu tip aksiyalar Ermənistanın zəifləməsinə xidmət edir”

İbrahim Rüstəmli: “Bu tip aksiyalar Ermənistanın zəifləməsinə xidmət edir”

Bu gün Ermənistanda sıravi hərbi qulluqçular hərbi hissənin bir anda tərk edərək etiraz aksiyalarına qoşulublar. Bəs, Azərbaycan işğal altındakı ərazilərini azad etmək üçün bu imkanından yaralana bilərmi?

Bununla bağlı fikirlərini BNEWS.az-a bölüşən hərbi məsələlər üzrə ekspert İbrahim Rüstəmli bildirib ki, etirazçıların öz qərarlarında israrlı olması isə vəziyyəti daha da kəskinləşdirir: "Bu Azərbaycanın lehinədir. Bu tip aksiyalar Ermənistanın zəifləməsinə xidmət edir. Ermənistanda ciddi problemlər mövcuddur. Bu problem Dağlıq Qarabağ problemindən də dəfələrlə böyükdür. Belə ki, sadə erməni vətəndaşları S. Sarkisyanın arxasınca getməkdənsə, bir tikə çörək dalınca getməyi üstün tuturlar. Artıq S. Sarkisyan mafiya başçısına cevrilib”. Ermənistan mətbuatının qoşunların təmas xəttinə yaxın ərazilərdə guya Azərbaycan Ordusunun canlı qüvvə və hərbi texnikasının cəmləşməsi ilə əlaqədar yaydığı videoya münasibət bildirən İbrahim Rüstəmli bunun cəmiyyətin diqqətini yayındırmağa hesablanmış addım olduğunu qeyd edib: "Ermənilər informasiya savaşı sahəsində çox yaxşı işləməyi bacarırlar. Ona görə də bəzi məqamlarda üstün mövqeydə dayanırlar. Ermənistan rəhbərliyi bu cür informasiya ilə əhalinin diqqətini yayındırır. Məqsəd yerli əhalini qorxudmaq, tempi aşağı salmaq istəyirlər”.

BNEWS.az


Xəbər lenti