Hindistanın məşhur aktyoru Avinash Sachdev Azərbaycan haqqında film hazırlayıb – VİDEO

Hindistanın məşhur aktyoru Avinash Sachdev Azərbaycan haqqında film hazırlayıb – VİDEO

Hindistanın məşhur aktyoru, "Tatlı bela” serialı ilə Türkiyə və Azərbaycanda populyarlaşan Avinash Sachdev özünün Yotube kanalında Azərbaycan haqqında film yayımlayıb. 

Filmdə, Aktyorun Azərbaycana son səfəri zamanı gəzdiyi yerlər, Azərbaycanın turizim potensialı, o cümlədən ölkəmizin multikultural dəyərləri ilə bağlı kadrlar yayımlanıb.

Avinash Sachdev saytımıza açıqlamasında bildirib ki, "Mən Rac Kapurdan sonra Azərbaycanda olan ikinci  hind aktyoruyam. Bu, mənim üçün bir şərəfdir. Özümü Azərbaycan-Hindistan dostluğunun zirvəsində hesab edirəm.”

Qeyd edək ki, A. Sachdev Azərbaycan – Türkiyə Evinin (ATEV) sədri Tənzilə Rüstəmxanlının dəvəti ilə dəfələrlə Azərbaycan və Türkiyə də olub.

Xəbər lenti