Hikmət Hacıyevdən Paşinyanın BMT-dəki çıxışına - Reaksiya
26 Sentyabr 2019, 22:14
26 Sentyabr
2019
22:14
1699
"Bu ilin avqust ayında Azərbaycanın işğal olunmuş Xankəndi şəhərində çıxış edərək, Azərbaycanın işğal edilmiş ərazilərinin anneksiyasına çağıran və bununla, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinə ciddi zərbə vuran Ermənistan rəhbərliyi indi BMT tribunasından "sülhpərvər” görünməyə, beynəlxalq ictimaiyyəti çaşdırmağa cəhd göstərir".
Lobbi.Az xəbər verir ki, bunu Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın Baş naziri Nikol Paşinyanın BMT Baş məclisinin ümumi müzakirələr hissəsində çıxışına münasibət bildirərkən qeyd edib.
H. Hacıyev bildirib ki, Ermənistan baş naziri tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin siyasi, hüquqi və tarixi aspektləri BMT tribunasından tamamilə təhrif olunmuş şəkildə təqdim olunub:
"Birincisi, Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır və ayrılmaz hissəsidir. 5 iyul 1921-ci ildə Kommunist partiyasının Mərkəzi Komitəsi Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanması barədə qərar vermişdir. Ermənilərin yalan iddialarına baxmayaraq, burada "Dağlıq Qarağın Azərbaycana verilməsi” kimi ifadədən istifadə olunmayıb. Keçən əsrin 80-ci illərindən başlayaraq, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinə (DQMV) açıq iddialar irəli sürmüş, zorakı əməlləri və təcavüzkar separatizmi aktiv şəkildə dəstəkləyib. Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağın birtərəfli qaydada ayrılmasının Sovet qanunlara zidd olması hələ o zaman ali konstitusiya səviyyəsində təsdiqlənib. Azərbaycan müstəqillik əldə etdikdə, həmin dövrdə tətbiq olunan qanunvericiliyə əsasən Dağlıq Qarabağ aydın şəkildə Azərbaycan ərazilərinin tərkib hissəsi hesab olunurdu. Dağlıq Qarabağın "Ermənistana birləşdirilməsi " və ya "müstəqilliyi"nin əldə edilməsi ilə bağlı Ermənistanın iddiaları beynəlxalq hüquqda qəbul edilmiş uti possidetis prinsipinə ziddir və bu səbəbdən beynəlxalq hüquq çərçivəsində əsassızdır. Uti possidetis prinsipi aydın şəkildə müəyyən edir ki, Azərbaycanın müstəqilliyini əldə etməmişdən öncə Sovet qanunları ilə müəyyən edilmiş sərhədləri daxilində müstəqilliyini elan edib. İkincisi, Ermənistanın baş naziri BMT tribunasından danışdığı halda, BMT Nizamnaməsi əsasında ölkəsinin öz üzərinə götürdüyü öhdəliklərini ciddi şəkildə pozması faktının üzərindən sükutla keçir. Xatırlatmaq istərdik ki, BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndinə əsasən "bütün dövlətlər digər dövlətin ərazi bütövlüyü və ya suverenliyinə qarşı” gücdən istifadə və ya gücdən istifadə ilə hədələməkdən çəkinməlidir”.
II Dünya müharibəsinin yekunlarına dair Beynəlxalq Nurenberq Məhkəməsinin qərarları, BMT Nizamnaməsinin "Sülhə təhlükələr, sülhün pozulması, təcavüz aktları ilə bağlı fəaliyyət” adlanan VII fəslinə əsasən işğal və hərbi təcavüz ciddi beynəlxalq cinayət kimi müəyyən olunub”. H. Hacıyev deyib ki. Ermənistan hərbi gücdən istifadə edərək, Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf yeddi rayonu işğal edib, işğal edilmiş ərazilərdə Azərbaycan əhalisinə qarşı qanlı etnik təmizləmə törədib:
"Bu siyasətin nəticəsində bir milyondan artıq soydaşımız hələ də qaçqın və məcburi köçkün şəraitində yaşayır. Həmçinin, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində beynəlxalq humanitar hüquqa zidd olaraq, demoqrafik tərkibin dəyişdirilməsi, Azərbaycan xalqına məxsus maddi-mədəniyyət abidlərinin məhv edilməsi istiqamətində məqsədyönlü fəaliyyət aparır. BMT Təhlükəsizlik Şurası münaqişə ilə əlaqədar 822, 853, 874 və 884 saylı qətnamələri qəbul etmişdir. Bu qətnamələrdə BMT TŞ Azərbaycana qarşı gücdən istifadəni, Azərbaycanın ərazilərinin işğalını, mülki insanlara qarşı hücumları və Azərbaycanın məskunlaşmış ərazilərinin bombarduman edilməsini pisləyir, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığını bir daha təsdiq edir. Həmçinin, BMT TŞ-nın qətnamələrində güc tətbiq edərək ərazinin əldə edilməsinin qəbuledilməzliyi vurğulanır və işğalçı qüvvələrin tam və qeyd-şərtsiz bütün işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması tələb olunur. Ermənistan BMT TŞ-nın və digər beynəlxalq təşkilatlarının qərar və qətnamələrinə məhəl qoymur. Onu da xatırlatmaq istərdim ki, BMT nizamnaməsinin 25-ci bəndinə görə "BMT üzv dövlətləri Təhlükəsizlik Şurasının qərarlarını bu nizamnaməyə əsasən qəbul etməli və həyata keçirməlidirlər”.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə vasitəçiliyi həyata keçirən ATƏT-in Minsk Qrupunun üzvlərinin mandatının əsasını da TŞ-nın müvafiq qətnamələri təşkil edir. Beynəlxalq ictimaiyyət beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıyır və dəstəkləyir. Üçüncüsü, Ermənistan rəhbərliyi bu münaqişənin Azərbaycan və Ermənistan arasında olan ərazi münaqişəsi olmadığını iddia edir və bunun insan hüquqları məsələsi olduğunu bildirir. BMT TŞ-nın qətnamələri, Avropa İnsan Hüquqları Məhkəməsinin "Çiraqov və digərləri Ermənistana qarşı” işi üzrə qərarı açıq şəkildə sübut edir ki, bu münaqişənin fundamental əsasını güc istifadə edərək ərazilərin işğalı təşkil edir. AİHM-nin verdiktinə görə, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim Ermənistanın siyasi, hərbi, maliyyə və digər dəstəyi sayəsində mövcuddur. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində hərbi mövcudluğu və işğalı davam etdirməsi münaqişənin əsl mahiyyətini açıq şəkildə sübut edir. Bununla bərabər, əgər Ermənistan rəhbərliyi bu münaqişəni insan hüquqları kontekstində təqdim etmək istəyirsə, onda ölkəsinin bir milyondan artıq Azərbaycanlıya qarşı törətdiyi qanlı etnik təmizləməni və onların fundamental hüquqlarının pozulmasını etiraf etmiş olur. İnsan hüquqları universal xarakter daşıyır, işğal və həbi təcavüz yolu ilə bir milyondan artıq Azərbaycanlının fundamental hüquqlarını pozduğu halda, Ermənistanın insan hüquqlarından danışması riyakarlıq və cəfəngiyatdır. Dördüncüsü, Ermənistan rəhbərliyi münaqişənin həllinin Ermənistan, Dağlıq Qarabağ və Azərbaycan üçün məqbul olan düstur əsasında həll edilməli olduğunu deyir. Münaqişənin tərəfləri Ermənistan və Azərbaycandır. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı və erməni icmaları vardır”.
Lobbi.Az
Xəbər lenti
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
13:00Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:11Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:33Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:51“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:53“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
12:27“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:18"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
23 Aprel 2024
22 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
12 Mart 2024
11 Mart 2024
10 Mart 2024
Digər xəbərlər
-
SİYASƏT
Xankəndidə ilk körpə dünyaya gəlib
-
SİYASƏT
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
SİYASƏT
Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
MANŞET, SİYASƏT
Prezident Rusiyada səfərdədir (FOTO)
-
SİYASƏT
"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
SİYASƏT
Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
SİYASƏT
Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
SİYASƏT
Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
SİYASƏT
Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH