Gənclər Fondunun dəstəyi ilə “İSTİQLAL” Beynəlxalq Bilik Yarışması keçiriləcək – TÜRKİYƏDƏ

Gənclər Fondunun dəstəyi ilə “İSTİQLAL” Beynəlxalq Bilik Yarışması keçiriləcək – TÜRKİYƏDƏ

8 noyabr 2019-cu il tarixdə "Qızılbaş" Gəncləri Maarifləndirmə İctimai Birliyi Azərbaycan Gənclər Fondunun dəstəyi ilə İstanbulda "İSTİQLAL” Beynəlxalq Bilik Yarışması reallaşdırcaq.

Azərbaycanda tarixində ilk dəfə reallaşdırılacaq bilik yarışmasında 30-dan çox komanda iştirak eəcəkdir. Bu barədə "Qızılbaş" Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Aqil ələsgər məlumat verib: "Layihə çərçivəsində Türkiyədə təhsil alan xarici və yerli tələbələr arasında Azərbaycanın tarixi, mədəniyyəti, siyasəti, iqtisadiyyatına dair komanda bilik yarışması keçiriləcək. Təxminən xarici və yerli tələbələrdən ibarət 30-35 koammanda yarışacaq. Yarışma nəticəsində qalib olan komanda (6 nəfərlik) Azərbaycana səyahət əldə edəcək. "İSTİQLAL” Beynəlxalq Bilik Yarışmasının əsas məqsədi türkiyəli və xarici tələbələrə Azərbaycanı doğru şəkildə tanıtmaq, gənclərdə intellektual hərəkata marağı yüksəltmək və aralarında qaynaşmanı təmin etməkdən ibarətdir. Bizə verdikləri dəstəyə görə Azərbaycan Gənclər Fonduna təşəkkür edirəm”

 

Xəbər lenti