GƏNCLƏR FONDU GƏNCLƏR TƏŞKİLATLARINI VƏTƏNPƏRVƏRLİK İSTİQAMƏTİNDƏ LAYİHƏLƏRİNİ TƏQDİM ETMƏYƏ DƏVƏT EDİR

GƏNCLƏR FONDU GƏNCLƏR TƏŞKİLATLARINI VƏTƏNPƏRVƏRLİK İSTİQAMƏTİNDƏ LAYİHƏLƏRİNİ TƏQDİM ETMƏYƏ DƏVƏT EDİR

Azərbaycan Respublikasının Gənclər Fondu gənclər siyasətinin əsas prinsipləri olan gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik, dünyəvilik prinsipləri əsasında, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, adət-ənənələrinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunmasını rəhbər tutaraq, nizamnaməsinin müvafiq bəndinə ("animasiya və bədii filmlər vasitəsilə gənclərin Azərbaycan xalqının dilinə, adət və ənənələrinə, mənəvi dəyərlərinə, dövlət rəmzlərinə hörmət, azərbaycançılıq, vətənpərvərlik ruhunda tərbiyəsini gücləndirmək üçün tədbirlər görür”) əsasən gənclər təşkilatlarını vətənpərvərlik istiqaməti üzrə animasiya, bədii film, sənədli film və ya sosial video-çarxların yaradılmasını nəzərdə tutan layihə müraciətlərini 15 avqust 2020-ci il tarixinədək təqdim etməyə çağırır. Layihə təklifləri Gənclər Fondunun elektron xidmətlər sistemi vasitəsi ilə təqdim olunmalıdır. Layihə təkliflərinə hazırlanması nəzərdə tutulan film və video-çarxların ssenariləri mütləq əlavə olunmalıdır.

Təqdim olunacaq layihələrin mövzusu:

Fondun Müşahidə Şurasının 06 fevral 2020-ci il qərarı ilə təsdiq edilmiş qrant müsabiqəsindən kənar layihələrin istiqamətləri arasında qeyd edilən "Gənclərin vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsi istiqamətində fəaliyyətlər”.

 

Təqdim olunacaq layihələrin formatı:

Təqdim olunacaq layihələr çərçivəsində animasiya, bədii film, sənədli film və ya sosial video-çarxların yaradılması nəzərdə tutulmalıdır.

Layihələrin müddəti:

Layihələrin icra müddətinin 2 ay olaraq müəyyən olunması tövsiyə olunur.

Layihələrin təqdim olunmasına dair əsas tələblər:

Fond tərəfindən maliyyələşdirilən layihəsinin icrası başa çatmış, lakin müqavilədə müəyyən edilmiş son tarixə qədər hesabatı Fonda təqdim etməyən gənclər təşkilatlarının müraciətlərinə baxılmır.

 

Layihələrin qiymətləndirilməsi və maliyyələşdirilməsi Azərbaycan Respublikasının Prezidentinin 29 avqust 2018-ci il tarixli 253 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Gənclər Fondunun vəsaitindən istifadə, o cümlədən Fondun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası”nın 10.1.1-ci yarımbəndinə müvafiq olaraq hazırlanmış "Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən qrant müsabiqəsindən kənar gənclər təşkilatlarının layihələrinin maliyyələşdirilməsi Qaydası”na əsasən aparılır.

MÜSABİQƏDƏNKƏNAR MALİYYƏLƏŞDİRMƏ ÜZRƏ SƏNƏDLƏR

1. Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən qrant müsabiqəsindən kənar gənclər təşkilatlarının layihələrinin maliyyələşdirilməsi Qaydası

2. Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən müsabiqədənkənar maliyyələşdirilmiş layihələrin icrasının yekunları ilə bağlı resipiyentdən tələb olunan sənəd və materialların siyahısı

3. Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən qrant müsabiqəsi çərçivəsində və müsabiqədənkənar maliyyələşdirilmiş layihənin icra planı forması

4. Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən qrant müsabiqəsi çərçivəsində və müsabiqədənkənar maliyyələşdirilmiş layihənin büdcə Forması

5. Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən qrant müsabiqəsi çərçivəsində və müsabiqədənkənar maliyyələşdirilmiş layihənin tədbirlərinin proqramı Forması

6. Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən qrant müsabiqəsi çərçivəsində və müsabiqədənkənar maliyyələşdirilən layihələrin təsviri hesabat Forması

7. Azərbaycan Respublikasının Gənclər Fondunun qrant müsabiqəsindən kənar maliyyələşdirilən layihələr çərçivəsində malların (işlərin və xidmətlərin) alışı üzrə maksimal qiymət hədləri

Xəbər lenti