Floridada yaşayan azərbaycanlı xanım cərrah (FOTOLAR)
09 İyul 2019, 11:27
09 İyul
2019
11:27
2300
Ailənin yeganə övladı olduğuna görə valideynləri onun hərtərəfli yetişməsi üçün əllərindən gələni əsirgəməyiblər. Hələ dörd yaşı olanda Neft-Kimya Prosesləri İnstitutunda elmi kitabxananın müdiri işləmiş anası Rəhilə Məmmədova onu yazıçı Mirzə İbrahimovun qızı Sevda xanımın yanına aparıb. Və orta məktəbə gedənədək ondan fortepiano dərsləri alıb. Beş yaşından yeddi yaşınadək Yuri Qaqarin adına Pionerlər Evində balet dərnəyinə gedib. Orta təhsilini 1989-cu ildə Bülbül adına orta ixtisas musiqi məktəbində başa vurduqdan sonra indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul olunub. 1993-cü ildə ali təhsilini bitirərək teatrşünas ixtisasına yiyələnib. 1992-2000-ci illərdə Bakı Xoreoqrafiya Məktəbində teatr və balet tarixi fənnindən dərs deyib…
1989-cu ildən ictimai fəaliyyətlə məşğuldur. "Azərbaycan Qadınlar Cəmiyyəti”nin fəal üzvlərindən biri olub. 1993-cü ildə Elmira Süleymanovanın rəhbərlik etdiyi "Qadın və İnkişaf Cəmiyyəti”nə dəvət alıb. Pedaqoji fəaliyyətlə yanaşı, 2000-ci ilədək həmin cəmiyyətdə ictimai əsaslarla sədr köməkçisi vəzifəsində çalışıb. Eyni zamanda "Mədəniyyət Fondu”nun nəzdində "Bazar Günü Məktəbi”nin direktoru olub. 2000-ci ildə ailə qurduqdan sonra Amerikaya köçüb…
…Ömür-gün yoldaşı Əgdər Eminov ixtisasca hüquqşünas olsa da, hazırda bizneslə məşğul olur. İki övladı vardır. Oğlu Aydın bu il Florida Beynəlxalq Universitetinə qəbul olunub, 18 yaşındadır. Qızı Nabat isə hələ ki orta məktəbdə oxuyur…
Haqqında söhbət açdığım Töhfə Eminova ABŞ-a gələndən sonra üç il ailəsi ilə birlikdə Kentuki ştatında məskunlaşıb. Orada olarkən Qərbi Kentuki Universitetində doqquz ay ingilis dili kurslarına gedib. 2003-cü ildən Florida ştatının Mayami şəhərində yaşayır. Bir müddət övladlarının tərbiyəsi ilə məşğul oduqdan sonra 2006-2008-ci illərdə "MedVance İnstitute”də cərrah köməkçisi ixtisasına yiyələnib. 2008-2012-ci illərdə plastik cərrahiyyə klinikasında öz ixtisası üzrə çalışıb. Bir il ara verdikdən sonra, 2013-cü ildən indiyədək "Aventura Hospital and Medical Center”də cərrah köməkçisi işləyir…
İctimai işlərdə zəngin təcrübəsi olan Töhfə xanım necə deyərlər, əsl təşkilatçıdır. Amerikada uğur qazanandan sonra azərbaycanlıları axtarıb aramağa başlayıb. Bir il gərgin axtarışlardan sonra nəhayət ki, Mayamidə yaşayan soydaşlarımızı bir araya toplaya bilib. Zəruriyyət yarandığından 2006-cı ildə "Floridada Azərbaycan Amerika Mədəniyyət Asossasiyası”nı təsis edib. Elə o vaxtdan da Azərbaycan naminə işlər görür. Sizə zarafat gəlməsin, bir sıra milli və rəsmi bayramlarımızın Florida ştatında rəsmən keçirilməsi üçün ştatın qubernatoru tərəfindən on beşə yaxın bəyənnamənin verilməsinə nail olub...
Deyir ki, "Səhiyyə sahəsində çalışıram. Gərgin iş rejimim olmasına baxmayaraq, azərbaycanlı olduğumu unutmuram. Azərbaycanın daha çox tanınmasına səy göstərirəm. İstəyirəm ki, Azərbaycan deyiləndə amerikalılar zəngin mədəni irsi olan, qədim ənənəyə malik bir ölkədən söhbət getdiyini anlasınlar”...
Xeyirxah əməllərini saymaqla tükənməz. O qədər yaxşı işlər görüb ki, mən onların mahiyyətini bir yazıya yerləşdirə bilmədim. Onunla söhbətimiz uzun çəkdi. Özündən soruşmağa utandım, amma kübar bir nəsildən olduğu aydın görünürdü. Necə deyərlər, həmsöhbətim əsl xanım idi. Mükəmməl tərbiyə aldığı, yüksək mədəniyyət sahibi olduğu davranışından hiss edilirdi. O qədər xoş təəssürat yaratdı ki, onun insanlığına, alicənablığına, dünya görüşünə, əqidəsinə, iti zəkasına, dərin təfəkkürünə heyran qaldım.
Bəli, zadəgan doğulanlar dünyanın harasına getsələr də toplumdan fərqlənir, İlahi təyinatı şərəflə icra edirlər…
LOBBİ.Az
Xəbər lenti
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
13:00Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:11Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:33Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:51“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:53“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
Digər xəbərlər
-
AZƏRBAYCAN, MANŞET, DİASPORAMIZ DÜNYADA
Türkiyənin Kahramanmaraş bölgəsinə növbəti humanitar yardım göndərilib
-
AZƏRBAYCAN, GƏNCLƏR DİASPORADA, DİASPORAMIZ DÜNYADA
Diaspor gəncləri Ermənistandan mina xəritələrinin təhvil verilməsini tələb ediblər
-
MANŞET, DİASPORAMIZ DÜNYADA
Vaşinqton, Los-Anceles və Boston şəhərlərində məlumatlandırıcı aksiya təşkil edilib
-
AZƏRBAYCAN, DİASPORAMIZ DÜNYADA
Norveçdə Ermənistanın qəbuledilməz davranışları barədə məlumat kampaniyasına start verilib
-
DİASPORAMIZ DÜNYADA
Qahirədə azərbaycanlı tələbələrlə görüş keçirilib
-
AZƏRBAYCAN, DİASPORAMIZ DÜNYADA
BMT-nin qarşısında Xocalı soyqırımı ilə bağlı sərgi təşkil edilib
-
DİASPORAMIZ DÜNYADA
Alman alim Dr. Mixael Raynhard Hess Xocalı qətliamından yazıb
-
AZƏRBAYCAN, DİASPORAMIZ DÜNYADA
Minneapolis şəhərində "Xocalıya ədalət!" tələbi ilə lövhə quraşdırılıb
-
AZƏRBAYCAN, DİASPORAMIZ DÜNYADA
Estoniya küçəsində Xocalı soyqırımı haqqında böyük banner asılıb