“Erasmus+” 2 proqramının açılış mərasimi keçirilib
28 Sentyabr 2022, 15:18
28 Sentyabr
2022
15:18
400
28 sentyabr tarixində "Erasmus+” 2 proqramının açılış mərasimi keçirilib. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və Gənclərin İntellektual İnkişafına Yardım İctimai Birliyinin təşkilatçılığı ilə "Şuşa İli” çərçivəsində keçirilən layihənin əsas məqsədi iştirak edən ölkələrdə miqrantların və qaçqınların inteqrasiyasının alətləri, metodları və təcrübələrinin mübadilə yolu ilə beynəlxalq dialoqu təşviq etməkdir. Səfər zamanı müxtəlif ölkələri təmsil edən gənclər təşkilatlarınını nümayəndələri öz yurd yuvalarından 30 il ayrı düşmüş, keçmiş qaçqın və məcburi köçkünlər ilə , həmçinin miqrantlarla işləyən yerli və beynəlxalq qurumlar ilə görüşlər keçiriləcək. Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində 1 milyondan artıq qaçqın və məcburi köçkün faktoru , eyni zamanda beynəlxalq təhlükəsizlik prizmasından problemin məzmununu obyektiv qiymətləndirilməsi təlimlər zamanı xüsusi müzakirə predmeti olacaqdır. Beləki 9 gün davam edən layihə çərçivəsində keçirilən təlimlər zamanı beynəlxalq iştirakçılara Azərbaycan təcrübəsinə əsaslanaraq qaçqın və məcburi köçkünlərin sonradan adaptasiya dövründə cəmiyyətə inteqrasiyası , sosial xidmət paketləri , məşğulluq xidməti, onlara tətbiq olunan güzəştlər haqqında məlumat veriləcəkdir. O cümlədən, "Sülh və birgəyaşayış modelinin formalaşdırılması modeli kimi Azərbaycan” adlı paneldə Azərbaycanda tolerant yaşam şəraiti, din və etiqad azadlığı, həmçinin sülhün carçısı kimi əhalinin "Böyük Qayıdış” prosesində ictimai iştirakçılığı haqqında müzakirələr təşkil olunacaqdır.
Təşkil edilən açılış mərasimində Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri, Agentliyin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü İsrayıl İsgəndərov, proqram çərçivəsində Azərbaycana gələn müxtəlif ölkələrdən olan 90 nəfər gənc iştirakçı, media nümayəndələri və təşkilatçılar iştirak ediblər.
Tədbiri açıq elan edən Gənclərin İntellektual İnkişafına Yardım İctimai Birliyinin sədri Röyal İsmayılov layihənin proqramı haqqında geniş məlumat verib.
Daha sonra çıxış edən Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri, Agentliyin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev Azərbaycana səfər edən gəncləri salamlayıb və belə bir layihənin təşkili üçün təşkilatçılara təşəkkür edib. V.Quliyev bildirib ki, "Şuşa İli” çərçivəsində təşkil edilən bele bir tədbirin əhəmiyyəti olduqca vacibdir. Proqram çərçivəində gənclər işğaldan azad olunmuş Zəngilana səfər, o cümlədən, Azərbaycanda keçirəcəkləri məhsuldar görüşlər onlara ölkəmiz haqqında real təəssüratın formalaşdırılmasına təkan verəcək. Çünki, Beynəlxalq əhəmiyyətli tədbirlərin ölkəmizdə keçirilməsi həm də Azərbaycan həqiqətlərinin, ölkəmizin ədalətli mövqeyinin dünyaya yayılmasında böyük rol oynayır.
Sonra çıxış edən digər natiqlər Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü İsrayıl İsgəndərov layihənin əhəmiyyətindən danışıblar. Natiqlər qeyd ediblər ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun erməni faşizmi üzərində qazandığı möhtəşəm Zəfərin xalqımıza böyük sevinc və qürur hissi bəxş etdiyi, torpaqlarımızın işğaldan azad olunması nəticəsində məcburi köçkünlərin doğma yurda qayıtmasına imkan yarandığı, artıq Böyük Qayıdışın başlandığını layihə iştirakçılarının diqqətinə çatdırıblar.
Çıxışlardan sonra Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev Qarabağ Dirçəliş Fondunun təqdimatı edib və fondun fəaliyyəti, həyata keçirdiyi tədbirlər, layihələr haqqında iştirakçılara məlumat verib.
Xəbər lenti
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
13:00Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:11Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:33Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:51“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:53“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
12:27“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:18"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
23 Aprel 2024
22 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
12 Mart 2024
11 Mart 2024
10 Mart 2024
Digər xəbərlər
-
SİYASƏT
Xankəndidə ilk körpə dünyaya gəlib
-
SİYASƏT
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
SİYASƏT
Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
MANŞET, SİYASƏT
Prezident Rusiyada səfərdədir (FOTO)
-
SİYASƏT
"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
SİYASƏT
Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
SİYASƏT
Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
SİYASƏT
Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
SİYASƏT
Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH