Elşən Musayev: “Ölkə ərazisinin 20 faizinin təməli yenidən qoyulur”

22 İyun 2022, 13:07
22 İyun
2022
13:07
88
"Qarabağımızın tam dirçələcəyi gün uzaqda deyil”
"Qarabağa Böyük Qayıdış” planı 30 ildən sonra sürətlə reallaşmaqdadır. Şanlı ordumuzun 44 günlük Vətən müharibəmizdəki böyük zəfərindən sonra Azərbaycan hökuməti məcburi köçkünlərimizin doğma ata-baba yurdlarına qayıtmaları üçün sürətlə işlər görür.
İyunun 15-də Şuşa Bəyannaməsinin bir illiyi ilə bağlı mədəniyyət paytaxtımızda keçirilən möhtəşəm tədbirdə iştirak edən Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev "Yeni Müsavat”a açıqlamasında bunları dedi: "Bir neçə gün öncə yenidən Şuşaya səfər etdik. Niyə yenidən deyirəm? Çünki bu mənim Şuşaya 4-cü səfərim idi. İki dəfə Milli Məclisin komitə iclaslarında iştirak etmək üçün getmişəm, iki dəfə də siyasi partiyalarla bərabər. Və nə qəribədir ki, Şuşaya neçə dəfə gedirsən get, bu məkan insan üçün adiləşmir. Hər dəfə eyni həyəcanı, eyni hissləri keçirirsən, yaşayırsan. Son dəfə isə Şuşada gecəni də qaldıq. Adama qəribə gəlir. Həqiqətən. İllər öncə yuxumuza belə girməzdi. Amma indi real həyatımızın mənzərəsinə çevrilib: biz Şuşada gəzirik, tədbir keçiririk, gecələyirik. Şuşanın demək olar hər yerində təmir-bərpa, tikinti işləri gedir. Əsas məsələ yol idi. O da çox qısa müddətdə çəkildi və daha sonra sürətli quruculuq prosesinə start verildi. Təsəvvür edin ki, ermənilər 30 il ərzində nəinki Şuşada, ümumiyyətlə, işğal olunan heç bir bölgədə daşı daş üstündə qoymayıblar. Əksinə, olan-qalanı da dağıdıblar. Çünki özlərinə aid bilməyiblər. Çünki anlayıblar ki, nə zamansa gedəcəklər. Və getdilər də. Qəhrəman ordumuz Qarabağı 44 gün ərzində işğaldan azad etdi və mən deyərdim ki, Şuşanın xilası müharibənin kulminasiya nöqtəsi idi! İndi isə artıq Şuşanın siması dəyişir, Şuşa gözəlləşir. Şuşa dirçəlir. Mədəniyyət paytaxtımızda beynəlxalq tədbirlərin ard-arda keçirilməsi də ondan xəbər verir ki, artıq infrastruktur formalaşır, Şuşa qonaq qəbul etmək iqtidarındadır”.

Elşən Musayev
Deputat hər bir məcburi köçkünün böyük intizarla dünyaya göz açdığı yerlərin həsrəti ilə yaşadığını söylədi: "Məcburi köçkün olan bacı və qardaşlarımız 30 il müddətində böyük iztirablar, əziyyətlər çəkiblər və əzəli torpaqlarına birdəfəlik qayıdışı böyük intizarla gözləyirlər. Həmin qayıdış isə uzaqda deyil. Əmin olun, heç uzaqda deyil. Bunu təkcə arzu olaraq demirəm, bunu həm də gedişat göstərir. Şuşanın hər qarışında iş gedir. Yol boyunca qarşımıza çıxan dövlət qurumlarının işçiləri, bina tikənlər, su çəkənlər, körpü salanlar, bizi qarşılayanlar, yola salanlar... hamı və hamı nikbindir. Üstəlik, bu fədakar insanlar həm də böyük qayıdışın müjdəçiləridir. Bir də sual etdiniz ki, özünüzü 30 il qaçqın həyatı yaşayan insanların yerinə qoydunuzmu? Təbii, qoydum. Mən elə Şuşaya da ruhən şuşalı kimi getdim. Şuşa elə bir məkandır ki, orada hər kəs özünü şuşalı, Şuşa doğumlu hiss edir. İnsana elə gəlir ki, elə buralarda böyüyüb boya-başa çatıb. İllərdir vətənin daşına, torpağına həsrət qalan və hələ də Şuşanı görməyən insanlara isə deyəcəyim budur ki, əzizlərim, çox az müddət sonra öz əzəli torpağınıza qədəm qoyarkən orada cənnət görəcəksiniz. Şuşa da, işğaldan azad olunan digər torpaqlarımız da 30 il öncəki vəziyyətindən çox-çox daha gözəl olacaq. Dövlət bu istiqamətdə maksimum çalışır, Qarabağda miqyası həddən ziyadə böyük olan işlər görülür. Cənab Prezidentin işğaldan azad olunan torpaqlara mütəmadi səfərləri də əsas diqqət göstəricilərindən biridir. Hər şey nəzarətdədir. Hər şey plan üzrə gedir.
"Böyük qayıdış” üçün dövlət bütün resurslarını səfərbər edib. Kimsə deyirsə ki, proses ləng gedir, kökündən yanılır. Sadəcə, ərazi böyükdür, görüləcək işlərin miqyası nəhəngdir. Unutmayın ki, söhbət müharibədən yeni çıxmış, erməni tərəfindən 30 il boyunca viran qoyulmuş bölgədən gedir. Hər şey mərhələ-mərhələ olacaq. Təbii, hamı tələsir, hamı gözləyir. Amma reallığı da nəzərə almaq lazımdır. Yəni demək istədiyim budur ki, mümkün olan nə varsa Azərbaycan dövləti onu edir. Səngimə, ləngimə yoxdur. Qətiyyən yoxdur. Hətta deyərdim ki, maksimumun belə üzərində iş gedir. Nəticə isə çox qısa müddətdə hasil olacaq. Çəkilən əziyyətlər öz bəhrəsini verəcək. Bir daha xüsusi vurğu ilə qeyd etmək istəyirəm: Azərbaycan dövləti sıfırdan şəhərlər tikir, ölkə ərazisinin 20 faizinin təməlini yenidən qoyur. Bu isə asan məsələ deyil. Söhbət çox böyük maliyyə resurslarından və işçi qüvvəsindən gedir. Eyni zamanda bizi sevindirən və qürurlandıran məqam odur ki, proses və görüləcək işlər nə həcmdə olursa-olsun, dövlətimiz onun öhdəsindən gələcək gücdədir. Böyük qayıdış da tezliklə başlayacaq. Əmin olun, çox tezliklə! Artıq Zəngilan həmin prosesin bir addımlığındadır və digər rayonlarda da işlər paralel şəkildə görülür. Yetər ki, bir az səbirli olaq. Qarabağımızın tam dirçələcəyi gün uzaqda deyil".
Xəbər lenti
-
15:47“Söyüş tribunası Əli Kərimlinin, Gültəkin Hacıbəylinin məbədgahına çevirilib” – Elşən Musaye
-
12:27“QHT ziyarətləri” layihəsi davam edir.
-
18:49Şamaxıda dövlət qulluqçularının peşə bayramı günü qeyd olunub
-
15:19“İsmayıllının Zəfər Şəhidləri” adlı kitabın təqdimatı baş tutdu — FOTOLAR
-
11:57“Putin NATO”sundan çıxan Özbəkistan Bakı ilə hərbi ittifaq qurmaq yolunda
-
11:09QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
-
11:05Azərbaycan – Özbəkistan əlaqələri genişlənir
-
00:45Şamaxı rayonunda gənc rəssam Şahin Nəcəfovun ilk fərdi sərgisi açılıb
-
00:11Əbülfəz Elçibəyin anadan olmasından 84 il ötür
-
18:07Azərbaycan-Özbəkistan münasibətləri: TARİXİ DOSTLUQ VƏ QARDAŞLIQ
-
17:21QHT-dövlət münasibətlərinə həsr olunmuş sonuncu Respublika zona konfransı Bakıda keçirilib
-
12:15Bu həftə Bakıda və Abşeronda “Kənddən Şəhərə” yarmarkaları keçiriləcək
-
14:40Ulu Öndər Heydər Əliyev dayanıqlı inkişafın təməlini qoyub - Deputat
-
13:07Elşən Musayev: “Ölkə ərazisinin 20 faizinin təməli yenidən qoyulur”
-
10:59“İlham Əliyevin Özbəkistana səfəri tarixi hadisədir” – Millət vəkili
-
10:39"Azərbaycan - Özbəkistan münasibətlərində yeni mərhələ başlayır"
-
10:20Daşkənddə Özbəkistan və Azərbaycanın müvafiq qurumları arasında bir sıra sənədlər imzalanıb
-
19:23Bolonya Universitetinin nümayəndə heyətinin Azərbaycana səfəri yekunlaşıb
-
19:20Kənd təsərrüfatının model əsaslı proqnozlaşdırma metodologiyası ilə bağlı Almaniyanın tədqiqat institutu ilə əməkdaşlığa başlanılıb
-
17:24Rəqsanə Kərimova: "Venesiya Komissiyası MEDİA-nın arqumentlərinin bir qismini nəzərə alıb" - MÜSAHİBƏ
-
16:24Audiovizual Şura Venesiya Komissiyasının rəyinə cavab verib
-
15:35“Ermənilər mənfur xislətlərinə, qara niyyətlərinə uyğun hərəkət edirlər” AÇIQLAMA
-
14:35Kəlbəcər və Laçın yaylaqlarındakı qoyunçuluq təsərrüfatlarında monitorinqlər keçirilir
-
11:26Laçının mərkəzinin təhvil zamanı... - bir videonun özü ilə gətirdiyi gerçəklik
-
09:14Azərbaycan MN: "Dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutulub"
-
22:17Media Agentliyi Venesiya Komissiyasının “Media haqqında” Qanuna dair rəyinə münasibət bildirib
-
17:28“Gənclər Davamlı İnkişaf üçün” layihəsinin ilk mərhələsinə yekun vurulub
-
13:34MEDİA fərdi jurnalist müsabiqəsi elan edib
-
14:02Nazir: “Kənd təsərrüfatı ilə bağlı təcrübəmizi digər ölkələrlə bölüşə bilərik”
-
11:51Fərid Cəfərov: "Bu intellektual yarış "Şuşa ili"nə həsr olunub" - FOTOLAR
-
11:25Bölgədə sülhün təmin olunmasında Azərbaycan müstəsna rola malikdir
-
10:12Ermənistana son Zəngəzur xəbərdarlığı - “Dəhliz açılmasa...”
-
18:02MEDİA-da Qazaxıstanın İnformasiya Komitəsinin sədri ilə görüş keçirilib
-
14:49“Şuşa Bəyannaməsi tarixə qızıl hərflərlə yazılan bir səhifədir” AÇIQLAMA
-
13:09DTX əməliyyat keçirib, Müdafiə Nazirliyinin hərbçisi tutulub
-
11:40Qətər dövləti erməni “qatarında”
-
10:01Azərbaycan MN: "Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub"
-
00:57Parisdə bir qrup erməni Azərbaycanın Mədəniyyət Mərkəzinə hücum edib, xəsarət alan var
-
22:25Qlobal Bakı Forumu bütün qlobal məsələlərin müzakirə edildiyi beynəlxalq tədbir kimi dünyanın diqqət mərkəzindədir - ŞƏRH
-
19:52MEDİA-da AŞ-nın məruzəçilər qrupu ilə görüş keçirilib
25 İyun 2022
24 İyun 2022
23 İyun 2022
22 İyun 2022
21 İyun 2022
20 İyun 2022
18 İyun 2022
17 İyun 2022
16 İyun 2022
Digər xəbərlər
-
SİYASƏT, GÜNDƏM
“Söyüş tribunası Əli Kərimlinin, Gültəkin Hacıbəylinin məbədgahına çevirilib” – Elşən Musaye
-
SİYASƏT, GÜNDƏM
“Putin NATO”sundan çıxan Özbəkistan Bakı ilə hərbi ittifaq qurmaq yolunda
-
SİYASƏT
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
-
SİYASƏT
Azərbaycan – Özbəkistan əlaqələri genişlənir
-
MANŞET, SİYASƏT
Azərbaycan-Özbəkistan münasibətləri: TARİXİ DOSTLUQ VƏ QARDAŞLIQ
-
SİYASƏT
QHT-dövlət münasibətlərinə həsr olunmuş sonuncu Respublika zona konfransı Bakıda keçirilib
-
SİYASƏT
Elşən Musayev: “Ölkə ərazisinin 20 faizinin təməli yenidən qoyulur”
-
MANŞET, SİYASƏT
“İlham Əliyevin Özbəkistana səfəri tarixi hadisədir” – Millət vəkili
-
MANŞET, SİYASƏT
"Azərbaycan - Özbəkistan münasibətlərində yeni mərhələ başlayır"