Diasporla İş üzrə Dövlət Komitəsi yeni videolayihəyə başlayıb

Diasporla İş üzrə Dövlət Komitəsi yeni videolayihəyə başlayıb

Diasporla İş üzrə Dövlət Komitəsinin internet televiziyası Diaspor TV-də "Ayrılarmı könül candan” adlı yeni videolayihəyə start verilib.


Komitənin mətbuat xidmətindən bildiriblər ki, layihə xarici ölkələrdə yaşayan azərbaycanlıların Vətənlə bağlı xatirələrini canlandırır və onların doğulduqları torpaqla bağlarının qopmadığını göstərir.

Qeyd edək ki, Kanadada ilin müəllimi seçilən Yeganə Cəfərova və İsveçdə yerli parlamentin deputatı İradə Söderberq "Ayrılarmı könül candan” videolayihəsinin ilk qonaqları olublar.

Xəbər lenti