Diaspor Gənclərinin II Yay Düşərgəsi maraqlı proqram hazırlayıb
"Müraciət prosesinə fevralın 2-dən başlamışdıq. Çünki fevralın 2-si Gənlər günü idi və biz də bununla bağlı layihəyə müraciət prosesini açıq elan etdik. Təbii ki, gənclər, xarici ölkədə yaşayan azərbaycanlılar, diaspor nümayəndələrimiz də bu prosesin bir az uzun çəkməsini istədilər. Biz qərar vermişdik ki, prosesin vaxtını uzadaq. Artıq müraciət prosesi yekunlaşıb və işçi qrupu tərəfindən müsahibə mərhələsi həyata keçirilir. Bizə 47 ölkədən müraciət edənlər var. Rusiya müraciətlərdə liderdir, Türkiyədən də çox müraciət daxil olub, ABŞ, Kanada, Almaniya, Gürcüstan, Qazaxıstan da müraciət edənlərin sayı çoxdur”.
Bunu LOBBİ.az-a açıqlamasında Diaspor Gənclərinin Yay Düşərgəsi layihəsinin rəhbəri Aytən Əliyeva deyib:
Aytən Əliyeva bildirib ki, bu il Çilidən, Avstraliyadan, Cənubi Koreyadan bir neçə müraciət daxil olub.
"Keçən illə müqayisədə bu il müraciət dəfələrlə çoxdur. Hədəfimiz odur ki, ildən-ilə daha çox ölkəni əhatə edək”.
Layihə rəhbərinin sözlərinə görə, bu düşərgə xaricdə yaşayan Azərbaycan gəncləri üçün nəzərdə tutulmuş layihədir:
"Təbii ki, müraciət edənlərin böyük əksəriyyəti azərbaycanlılardır. Amma az olsa da, xarici ölkə vətəndaşlarından da müraciət edənlər var. Biz xaricdə yaşayan Azərbaycan əsilli diaspor nümayəndələrini dəstəkləyəcəyik ki, düşərgədə iştirak etsinlər”.
"Eyni zamanda düşərgədə gender məsələsində bərabərlik var” deyən A.Əliyeva bildirib ki, təxmini olaraq eyni sayda qadın və kişi müraciətçilər var:
"Seçimlərdə də bu məsələni nəzərə alacağıq. Bizim də müəyyən şərtlərimiz var ki, Azərbaycan dilində danışıq bacarığı olanlar və sair kriteriyalar üzrə seçim olsun. İşçi qrupun nümayəndələri vasitəsilə müraicət etmiş hər kəslə müsahibə mərkələsi bitdikdən sonra ümumi nəticə elan olunacaq”.
Aytən Əliyeva bildirib ki, düşərgədə 150-yə qədər gəncin iştirakı nəzərdə tutulub.
Digər qurumlarla əməkdaşlığa toxunan Aytən Əliyeva bildirib ki, Şamaxıda keçiriləcək builki düşərgənin məkanı Vergilər Nazirliyinin tədris mərkəzi olacaq:
"Vergilər Nazirliyi ilə danışıqlarımız olub. Təbii ki, Xarici İşlər Nazirliyi də bizə böyük dəstək göstərib, xaricdən olan səfirliklərimiz vasitəsilə düşərgə haqqında məlumat verilib. Gənclərlə iş sahəsində fəaliyyət göstərən digər dövlət orqanları da öz dəstəyini göstərib. Biz bütün bu qurumlarla rəsmi əməkdaşlığımızı düşərgə ərazisində elan edəcəyik, həm də onların nümayəndələrinin iştirakı gözlənilir”.
Layihə rəhbəri bildirib ki, düşərgənin məqsədi Azərbaycan Diasporunun xaricdə güclənməsi, gənclərin lobbiçik fəaliyyətində rolunun artırılmasıdır.
"Xaricdə yaşayan, fəaliyyət göstərən, diaspor sayılan bütün gənclərin vahid bir platforması yaradıldı. Keçən ildən Azərbaycan Diaspor Gəncləri adlı bir şəbəkə var. Həmin şəbəkənin də fəaliyyətinin daha genişləndirmək, onun sıralarına yeni nümayəndələrin qatılmasını təmin etmək də növbəti illərin uğurları sırasında ola bilər. Düşərgə 8-14 iyul tarixlərində keçiriləcək. İştirakçılar üçün maraqlı bir proqram hazırlanır”.
"Ölkədə Nəsimi ili elan olunması ilə bağlı biz də bu ilki düşərgəni məhz dahi şair Nəsimiyə həsr etdik”, - deyən layihə rəhbəri bildirib ki, qroqram çox zəngin olacaq.
"9 iyul tarixi Azərbaycanda Diplomatlar günüdür. Biz proqramda bunu da nəzərə alacağıq və çalışacağıq ki, diplomatlarla görüş təşkil olunsun. "Nəsimi 650”... Diaspor Gənclərinin II Yay Düşərgəsi adından da bəlli olduğu kimi İmadəddin Nəsimi ilə əlaqədardır. Təbii ki, Nəsimi ilə bağlı maraqlı proqram hazırlanır, gənclər Nəsimi yaradıcılığı ilə tanış olacaq. Eyni zamanda Nəsimi yaradıcılığını araşdıran tanınmışların da iştirakını təmin etməyə çalışacağıq. Maraqlı simulyasiya oyunları nəzərdə tutulub. Şamaxının müxtəlif yerlərinə ekskursiyalar təşkil olunacaq. Diaspor mövzusunda maraqlı müzakirələr aparılacaq”.
Aytən Əliyeva qeyd edib ki, keçən ilki düşərgə Diasporla İş üzrə Dövlət Komitəsi tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondunun ilk təcrübəsi idi.
"Biz keçən il gənclərin vahid bir platformada birləşməsinə nail olduq. Hazırda həmin gənclər təmsil etdikləri ölkələr üzrə koordinatorlardır. Onlar körpü rolunu oynayırlar. Komitədə, Azərbayacnda baş verənləri öz ölkələrinə, orada baş verənləri, diaspor fəaliyyəti ilə bağlı məlumatları komitəyə ötürməkdə fəal rol oynayırlar. Biz düşünürük ki, bu il də yeni üzvlərimiz olacaq. Layihəyə ildən ilə maraq artacaq. Bunu ölkələrin sayında görmək olar. Keçən il sorğular keçirdik. Sorğuların cavablarını analiz etmişik, bəyənilən və bəyənilməyən tərəflər müzakiyə çıxarılıb. Çalışırıq ki, gənclərin marağında olan məsələləri proqrama əlavə edək”.
Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsi tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondu xaricdə yaşayan gənc diaspor nümayəndələri üçün 8-14 iyul 2019-cu il tarixlərində Diaspor Gənclərinin II Yay Düşərgəsi təşkil edəcək.
Xəbər lenti
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
13:00Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:11Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:33Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:51“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:53“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
Digər xəbərlər
-
AZƏRBAYCAN, GƏNCLƏR DİASPORADA, DİASPORAMIZ DÜNYADA
Diaspor gəncləri Ermənistandan mina xəritələrinin təhvil verilməsini tələb ediblər
-
GƏNCLƏR DİASPORADA
Diaspor Komitəsi xaricdə yaşayan jurnalistlərin müzakirə platformasını yaradır
-
MANŞET, GƏNCLƏR DİASPORADA, DİASPORAMIZ DÜNYADA
Soydaşlarımız Ermənistanın ABŞ-dakı səfirliyi önündə etiraz aksiyası keçiriblər
-
AZƏRBAYCAN, GƏNCLƏR DİASPORADA
Xaricdə yaşayan azərbaycanlı uşaq və gənclərin iştirakı ilə onlayn beynəlxalq dəyirmi masa keçirilib
-
MANŞET, GƏNCLƏR DİASPORADA, DİASPORAMIZ DÜNYADA
“Karabakh İs Azerbaijan!” adlı YouTube kanalının təqdimatı keçirilib
-
MANŞET, GƏNCLƏR DİASPORADA, DİASPORAMIZ DÜNYADA
28 May – Respublika Gününə həsr olunmuş virtual bayram tədbiri keçirilib
-
GƏNCLƏR DİASPORADA, DİASPORAMIZ DÜNYADA
Aktauda tələbələrə Xocalı soyqırımından danışılıb
-
GƏNCLƏR DİASPORADA
"Soydaşlarımız arasında xüsusi fəallaşma istəyi var" - Fuad Muradov
-
GƏNCLƏR DİASPORADA
Dövlət Komitəsində İsveçrə Konfederasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ilə görüş keçirilib