Destruktiv müxalifətin antimilli davranışları xalqa xəyanətdir
16 Sentyabr 2022, 18:07
16 Sentyabr
2022
18:07
382
Əli Hüseynli
Milli Məclisin deputatı
Son günlər Ermənistanın Azərbaycanla sərhəd bölgələrində - Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan rayonları istiqamətində törətdiyi təxribatın səbəbləri, məqsədləri və nəticələri barədə ictimaiyyətdə geniş müzakirələr gedir. Məlum olduğu kimi, Azərbaycan Silahlı Qüvvələrinin bu ərazidə dislokasiya olunmuş hərbi birləşmələrinin keçirdikləri xüsusi əməliyyatla genişmiqyaslı diversiyanın qarşısı qətiyyətlə alınaraq düşmənə sarsıdıcı zərbələr vurulmuşdur. Şəhidlərimizin qanı yerdə qalmamış, yüzlərlə erməni əsgər və zabiti məhv edilmiş, düşmənin dəyəri yüz milyonlarla ABŞ dolları ilə ölçülən silah-sursatı, hərbi hissələri darmadağın edilmişdir. Nəticə etibarı ilə ordumuz sərhəd boyunca yerləşən bir neçə böyük əhəmiyyətli strateji yüksəkliyi ələ keçirərək 100 kvadrat kilometrdən çox ərazini tam nəzarətə götürmüşdür. Bu, Azərbaycanın Ermənistana verdiyi layiqli cavab və əslində, sülhə məcburetmə əməliyyatıdır. Göründüyü kimi, ordumuz Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında ərzi bütövlüyümüzün toxunulmazlığını etibarlı şəkildə təmin edir və istənilən təxribatın qarşısını almağa qadirdir. Bununla Ermənistana və ümumiyyətlə, bütün beynəlxalq ictimaiyyətə ismarıc verildi ki, Azərbaycan beynəlxalq səviyyədə tanınan sərhədlərini istənilən mümkün vasitələrlə qoruyacaq və heç bir qüvvə onun bu hüququnu əlindən ala bilməz. Digər tərəfdən, ölkəmiz regionda dayanıqlı sülhün bərqərar olması və bölgənin hamını qane edəcək şəkildə inkişafı üçün öz səylərini davam etdirəcəkdir.
Lakin Azərbaycan xalqının Vətən yolunda canlarından keçmiş şəhidlərini böyük ehtiram və qürurla son mənzilə yola saldığı bir vaxtda AXCP sədri Əli Kərimov və digər destruktiv müxalifət nümayəndələri hətta belə həssas məqamda xalqın hissləri ilə oynamaqdan, antimilli xəyanətkar fəaliyyətlərindən və riyakarlıqlarından əl çəkə bilmirlər. Görünür, ordumuzun sərhəddə erməni təxribatına layiqli cavab verməsi sivil siyasi mübarizə metodlarından istifadə etmək imkanları tükənmiş radikal müxalifəti çox narahat edib. Xüsusilə, son hadisələrdən sonra onların Azərbaycanı hətta təcavüzkar qismində təqdim etmələri və şəhidlər üzərindən əhalidə ruh düşkünlüyü yaratmaq cəhdləri, ermənilərin maraqlarına xidmət edən yalan və uydurmalarla dolu bəyanatlar vermələri dediklərimizin daha bir təsdiqidir.
Azərbaycan xalqı yaxşı bilir ki, Qarabağın işğal olunmasının əsas səbəblərinən biri bu gün iqtidarı tənqid edən radikal müxalifətin özünün 1992-1993-cü illərdə hakimiyyətdə olduqları dövrdə yarıtmaz idarəetməsi olub. Azərbaycan ictimaiyyəti taleyüklü məqamlarda hər zaman onların belə xəyanətkar davranışlarının şahidi olub. Xatırlayırsinizsa, 2016-cı il aprel döyüşlərində əldə etdiyimiz Lələtəpə uğuru Əli Kərimov və onun tör-töküntülərinin heç ürəyincə olmamışdı. "Cəbhəçilər” hətta dünyaya səs salmış 44 günlük Vətən müharibəsində qazandığımız tarixi hərbi-diplomatik qələbənin Azərbaycan xalqının şərəf və ləyaqət mücəssəməsinə çevrilməsini bu gün də həzm edə bilmirlər. Fərrux yüksəkliyinə tam nəzarəti ələ keçirdiyimiz zaman da bunlar özlərinin narahatlığını gizlədə bilməmişdilər. Qardaş Türkiyə ilə imzalanan Şuşa Bəyannaməsi ilə əlaqədar da bu qruplaşmanın böyük narahatlıq keçirdiyi hamımıza məlumdur. Belə nümunələr saysiz-hesabsızdır. İndi yenidən bu mövqedən çıxış edən radikal müxalifət Ermənistanın revanşizm ideyaları üzərində köklənmiş təcavüz siyasətinə demokratiya donu geyindirir, Azərbaycanı isə günahkar obrazında təqdim edir.
Çox təəssüf ki, dağıdıcı müxalifət siyasi meydanda qalmaq naminə bu cür mənəviyyatsızlığa yol verir. Ona görə də xaricdən aldıqları tapşırıq əsasında siyasi təbliğatında və davranışında erməni faktorundan faydalanmaqla Azərbaycanın imicinə zərbə vurmaq yolunu seçərək ölkəmizə qarşı belə çirkin kampaniyaya başlayıblar. Bu, ilk növbədə Azərbaycan xalqına və dövlətinə qarşı böyük xəyanətdir. Lakin şübhə yoxdur ki, ölkə ictimaiyyəti hər zaman olduğu kimi bu dəfə də onların layiqli cavabını verəcəkdir.
Xəbər lenti
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:33Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:51“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:53“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
12:27“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:18"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
10:56Türkiyəli qonaqlar "ASAN xidmət"də
-
17:16Mingəçevirdə “Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib
-
16:40Mingəçevirdə “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində tinglər əkilib
-
16:38“Yaşıl Dünya Naminə Həmrəyliyə gedən yol” mövzusunda Dəyirmi masa keçirilib: MİNGƏÇEVİRDƏ
-
10:37“Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib – FOTOLAR
-
17:05Laçında əlverişsiz hava şəraitində azan Azərbaycan hərbçisi Ermənistandan Bakıya gətirilib
-
15:10“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
18:01Deputat: Antalya Forumundan Ermənistanın regionda sülhün bərpasında ciddi məsuliyyət daşıdığına bir daha əmin olduq
-
13:53İlham Əliyev o üç ölkənin adını buna görə çəkdi - rəylər
-
13:22Almaniyadan Bakıya Qarabağ jesti- situativ reverans, yoxsa...
-
11:20“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
09:59Xocalı şəhidləri Polşadakı katolik kilsəsində anılıb - Foto/Video
-
13:52Deputatdan SENSASİON YAZI: "Xocalı soyqırımında adı keçənlər..."
-
13:09Layihənin adı: “QİÇS və Narkomaniyaya qarşı mübarizə tədbirlərinin keçirilməsi”
-
14:25Prezident İlham Əliyevin açıq mesajları xarici siyasətimizin gələcək prioriteti baxımından çox önəmlidir - Deputat
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
12 Mart 2024
11 Mart 2024
10 Mart 2024
09 Mart 2024
07 Mart 2024
06 Mart 2024
05 Mart 2024
04 Mart 2024
02 Mart 2024
27 Fevral 2024
26 Fevral 2024
24 Fevral 2024
Digər xəbərlər
-
MANŞET, SİYASƏT
İlham Əliyev Münhendə Entoni Blinkenlə görüşdü (FOTO)
-
MANŞET, SİYASƏT
İlham Əliyev və oğlu Heydər Əliyev hərbi obyektlərdə olub (YENİLƏNİB/VİDEO)
-
MANŞET, SİYASƏT
Azərbaycan Prezidenti AŞPA-ya xəbərdarlıq edib
-
MANŞET, SİYASƏT
Azərbaycanda növbədənkənar prezident seçkiləri elan edildi
-
MANŞET, SİYASƏT
Blinken xahiş etdi, İlham Əliyev şərti açıqladı
-
MANŞET, SİYASƏT
Əli Nağıyev ATƏT-i Ermənistana dəqiq mina xəritələrini verməsi üçün təzyiq göstərməyə çağırıb
-
MANŞET, SİYASƏT
İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının bəyanatı
-
MANŞET, SİYASƏT, GÜNDƏM
Ankarada Ulu Öndərin və Türkiyənin 100 illiyinə həsr olunmuş konfrans təşkil edilib
-
MANŞET, SİYASƏT
500-dən çox xarici QHT fəalı Ermənistanın saxta təbliğatını ifşa edən müraciət yaydı