Daşqın Rəcəbli: "Biz intellektual və mədəni potensialı olan, sülhpərvər, humanist xalq olduğumuzu dünyaya göstərməkdə davam edəcəyik" - MÜSAHİBƏ - ÖZƏL
07 Avqust 2020, 14:51
07 Avqust
2020
14:51
1527
Diasporla İş üzrə Dövlət Komitəsi Aparatının rəhbəri Daşqın Rəcəblinin Milli.Az-a müsahibəsi.
- Nikol Paşinyanın Ermənistanın diasporla iş üzrə komissarının ofisində təmizləmə əməliyyatı aparması, rəhbər vəzifəli şəxslər də daxil olmaqla 13 nəfəri işdən kənarlaşdırması erməni diasporunun fəaliyyətində ciddi problemlər yarandığını aydın göstərir. Siz bu fiaskonu nə ilə əlağələndirə bilərsiniz? Sizcə, birdən-birə bu sayda rəhbər vəzifəli şəxslərin işdən kənarlaşdırılması nədən xəbər verir?
- Son zamanlar erməni cəmiyyətində Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti, Azərbaycan diasporunun inkişafı, təşkilatlanma mexanizmi, Avropa və Amerikada genişlənən fəaliyyəti istər Ermənistanda, istərsə də dünyada yaşayan erməni diasporunun fəalları arasında ciddi narahatlıq yaratdığı müşahidə olunurdu. Erməni mətbuatında Azərbaycan diasporunun Avropada açdığı Qarabağ məktəbləri, koordinasiya şuraları və digər məsələlər barədə erməni mediası böyük bir əndişə ilə yazır, yeni bir cəbhənin - diaspor cəbhəsinin açılması ilə bağlı erməni politoloqları az qala həyəcan təbili çalırdı. Tovuz döyüşlərindən sonra isə son illər aparılan uzun bir hazırlıq prosesinin və görülən işlərin nəticəsi olaraq Azərbaycan diasporunun göstərdiyi birlik, həmrəylik əzmi erməni diasporunu çox ciddi problem qarşısında qoydu. Xatırladım ki, bu hadisələrdən sonra dünyanın 27 ölkəsində - beynəlxalq təşkilatların qarşısında, Ermənistan və Azərbaycan səfirliklərinin önündə, şəhərlərin mərkəzi küçə və meydanlarında siyasi mövqeyindən, baxışından asılı olmayaraq, ümumilikdə 25 mindən çox soydaşımızın iştirakı ilə 70-dən artıq aksiya keçirilib. Bu aksiyalarda ordumuza dəstək və Ermənistanın işğalçı siyasətinə etiraz şüarları səsləndirilib, dünya ictimaiyyətinin diqqəti Azərbaycan həqiqətlərinə cəlb olunub. Bundan başqa, 26 ölkədə yaşayan azərbaycanlılar 120-dən çox bəyanat yayıb, yaşadıqları ölkələrin dövlət və hökumət rəhbərlərinə, parlamentarilərə, beynəlxalq qurumlara müraciətlər edib, hətta sadə vətəndaşlara ünvanlanan məktub kampaniyası həyata keçiriblər.
Azərbaycan diasporunun mütəşəkkil, planlı, koordinasiyalı və ən əsası da həmin ölkələrin hüquq normaları çərçivəsində fəaliyyəti fonunda erməni diasporunun ortaya qoyduğu aqressivlik, soydaşlarımıza qarşı vəhşi davranışı onların əsl simasını üzə çıxardı və indiyədək formalaşdırdıqları "yazıq" imicini sarsıtdı, bir çox ölkələrdə insanlar erməni aqressivliyinin şahidi oldu.
Bundan başqa, Azərbaycan diasporunun qlobal şəbəkələrdə və mediada apardığı informasiya müharibəsində də göstərdiyi mütəşəkkillik qarşı tərəfdə "şok" effekti yaratdı. Soydaşlarımızın fəallığı nəticəsində 40 ölkədə 20 dildə 180 məqalə və xəbər çap edildi, sosial şəbəkələrdə #KarabakhisAzerbaijan, #StopArmenianaggression, #StopArmenianoccupation həştəqləri ilə həqiqətləri özündə əks etdirən 10 minlərlə informasiya paylaşıldı.
Bütün bunların məntiqi nəticəsi olaraq, Ermənistan rəhbərliyinin diaspor komissarlığında yüksək çinli məmurları işdən azad etməsi Azərbaycan diasporunun uğuru, erməni diasporunun uğursuzluğunun açıq etirafı kimi dəyərləndirilə bilər.
- Sizcə, edilən dəyişikliklərdən sonra, ölkədə və ölkə xaricində yaşadığı fiaskolardan sonra Ermənistan nəyəsə nail ola biləcəkmi?
- İstər ön cəbhədə, istərsə də diaspor cəbhəsində və informasiya savaşında üzləşdiyi uğursuzluqlar erməni diasporunu yeni məkrli planlar qurmağa sövq edəcək. Lakin güclü Azərbaycan dövləti və diasporu artıq 30 il əvvəlki deyil, dövlətimizin beynəlxalq aləmdə fəal rol oynaması, beynəlxalq əməkdaşlıqlara töhfə verməsi ilə paralel Azərbaycan dasporu da güclənir. Bu gün dünyanın ən nüfuzlu elm ocaqlarında, təhsil mərkəzlərində, nüfuzlü şirkətlərdə azərbaycanlı alimlər, mütəxəssislər çalışır, yaşadıqları ölkələrin elminə və mədəniyyətinə xidmət göstərir, eyni zamanda Azərbaycan həqiqətlərini təbliğ edir, ümumilli məsələlərdə birlik və həmrəylik nümayiş etdirir. Yəni biz haqlıyıq, işğalçının iç üzünü tanıdırıq dünyaya. İnanırıq ki, haqq səsimizi sivil dünya eşidəcək və ermənilərin bütün işğalçı planları yenə də boşa çıxacaq. Lakin hər bir halda biz ermənilərin məkrli planlarına, təxribatlarına hazır olmalı, ayıq-sayıqlığı əldən verməməli, fəaliyyətimizi daha planlı və səmərəli qurmalıyıq.
- Azərbaycanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini pozaraq hərbi təxribat törədən Ermənistan həm də xaricdə çalışdı ki, Azərbaycanın imicinə zərbə vursun. Ermənistanın bu niyyəti baş tutmadı. Əksinə xaricdə yaşayan ermənilər özlərini yenə vəhşi işğalçı qismində dünyaya tanıtdırdılar. Bunun təbliğatı üçün Diasporla İş üzrə Dövlət Komitəsi hazırda hansı işləri görür?
- Azərbaycanın torpaqlarını işğal etmiş, soydaşlarımıza qarşı soyqırımlar törətmiş, ASALA kimi terror təşkilatını yaratmış erməni xalqı maskalanaraq bütün dünyada özunə "əzilən" imici formalaşdırıb. Lakin Los-Anceles, Brüssel və digər şəhərlərdə onların azərbaycanlılara qarşı aqressiv hərkətləri dünyanı onların əsl simasından agah olmağa imkan verdi. Təəssüf ki, həmin hadisələr nəticəsində soydaşlarımız xəsarətlər aldı, xəstəxanalara düşəni də oldu. Diasporla İş üzrə Dövlət Komitəsi ilk növbədə həmin soydaşlarımızın hər biri ilə dərhal əlaqə saxlayaraq, onlara mənəvi dəstək oldu, Azərbaycan dövləti onların müalicə xərclərini öz üzərinə götürdü.
Eyni zamanda, ermənilərin heç bir qanuna, hüquqa sığmayan bu hərəkətlərinin həmin ölkələrin hüquq-mühafizə orqanları, şəhər rəhbərliyi tərəfindən araşdırılması və lazımı qiymətin verilməsi üçün diaspor fəallarımız indi aktiv iş aparır. Artıq erməni diasporunun mərkəzi sayılan Kaliforniya ştatının rəhbərliyi, buradakı digər icmaların nümayəndələri soydaşlarımızın yaralanması ilə nəticələnən erməni vəhşiliyini pisləyən bəyanatlarla çıxış ediblər. Komitə Azərbaycan diaspor təşkilatları və fəalları ilə birgə bu istiqamətdə fəaliyyətini davam etdirir. Yəni demokratiyanın beşiyi sayılan Amerikada, Avropanın siyasi mərkəzi olan Brisseldə insan haqlarının bu şəkildə tapdanmasına ən yüksək səviyyədə hüquqi qiymət verilməsi, soydaşlarımızın hüquqlarının qorunması üçün bütün imkanlardan istifadə edəcəyik.
- "Erməni lobbisi güclüdür" mifi artıq dağılıb. Sizcə erməni lobbisinin belə zəifləməsinin əsas səbəbləri nələrdir?
- Belə bir deyim var, haqq nazilər, amma üzülməz. Əvvəldə də qeyd etdiyim kimi bizim işimiz, mübarizəmiz və siyasətimiz haqqın, ədalətin bərpasına, bölgədə sülhün bərqərar olmasına, regionda yaşayan xalqların rigah halının yaxşılaşmasına, cənubi Qafqaz regionunun sabitlik və sülh məkanına çevrilməsinə xidmət edir. Ermənilərin apardığı təbliğat, yürütdüyü siyasət isə artıq dünyaya da bəllidir ki, bölgədə və beynəlxalq münasibətlərdə gərginliyin artırılmasına və nəhayət regiondakı xalqların dincliyinini pozulmasına yönəlib. Ona görə də erməni lobbisinin yalan və saxta təbliğatını dünya qəbul etmək istəmir və ya yaxın dövrlərdə tamamailə qəbul edilməyəcək. Digər tərəfdən, ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin yhəyata keçirdi beynəlxalq siyasət nəticəsində formalaşmış Azərbaycan dövlətinin beynəlxalq nüfuzu, güclənən diasporumuzun bu işlərə qatqıları "güclü erməni mifini" tədricən sarsılmağa məhkum edir. Aəzrbaycanın iqisadiyyatının gün-gündən inkişafı, ölkə Prezidenti tərəfindən xarici dövlətlərdə yaşayan soydaşlarımıza ayırdığı diqqət və qayğı haqq səsimizin dünya ictimayətinə çatırılmasına bir başa təsir göstərən amillərdir. Həmçinin Ermənistandakı ağır iqtisadi vəziyyət, erməni diasporundakı parçalanmalar, dövlətlə diaspor arasındakı gərginlik digər bu kimi amillər də erməni diasporu və lobbisinin fəaliyyətinə mənfi təsirini göstərir.
- Bundan sonrakı fəaliyyətdə Diasporla İş üzrə Dövlət Komitəsi hansı məqamlara daha çox diqqət yetirəcək?
- Dünyadakı soydaşlarımızın birliyini qoruyub saxlamaq, daha da gücləndirmək, Azərbaycan həqiqətlərinin təbliğində xaricdəki alimlərimizin və gənclərimizin potensialından maksimum faydalanamaq, qlobal şəbəkələrədə informasiya savaşını daha da təkmilləşdirmək, xarici mətbuat orqanları ilə haqq səsimizin çatdırılması sahəsində əməkdaşlığı möhkəmləndirmək, soydaşlarımızın yerli cəmiyyətlərə inteqrasiyasını sürətəndirmək, onların dövlət sturkturlarında, beynəlxalq korporasiyalarda yer alması və möhkəmlənməsini dəstəkləmək, dost xalqların diasporu ilə əlaqələri genişləndirmək, lobbiçiliyin inkişafı istiqamətində fəaliyyəti maksimum səviyyəyə çatdırmaq qarşımızda duran hədəflərdəndir.
- Xaricdəki diasporumuz, əsasən də gənclərimiz Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq məsələsində nə qədər fəaldırlar? Bu fəallıq sonda nəyə gətirib çıxara bilər?
- Hazırda erməni xislətinin ifşasında ən effektli silah olan onlayn platforma genişlənir. Azərbaycan Diaspor Könüllülərinin təşəbbüsü ilə yaradılan "Qarabağ Azərbaycandır!" Youtube kanalı, "Karabakh is Azerbaijan" facebook səhifəsi Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırır. Azərbaycanlı gənclər müxtəlif onlayn platformalarda informasiya savaşının önündə olmağa çalışır.
Biz intellektual və mədəni potensialı olan, sülhpərvər, Avropa və ümumbəşəri humanist dəyərləri daşıyan bir xalq olduğumuzu dünyaya göstərməkdə davam edəcəyik və bu işdə gənclərimizin gücünə, mübarizliyinə arxayınıq. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da soydaşlarımıza müraciətində söylədiyi kimi "Qoy, heç kim şübhə etməsin ki, heç bir provokasiya bizi haqq yolundan dönməyə məcbur edə bilməz. Biz milyonlarlayıq, bizim bir məqsədimiz var - Vətəni müdafiə etmək, onun ərazi bütövlüyünü və tarixi həqiqəti bərpa etmək. Ona görə ki, Qarabağ Azərbaycandır və nida işarəsi!"
7News.Az
Xəbər lenti
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:33Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:51“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:53“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
12:27“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:18"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
10:56Türkiyəli qonaqlar "ASAN xidmət"də
-
17:16Mingəçevirdə “Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib
-
16:40Mingəçevirdə “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində tinglər əkilib
-
16:38“Yaşıl Dünya Naminə Həmrəyliyə gedən yol” mövzusunda Dəyirmi masa keçirilib: MİNGƏÇEVİRDƏ
-
10:37“Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib – FOTOLAR
-
17:05Laçında əlverişsiz hava şəraitində azan Azərbaycan hərbçisi Ermənistandan Bakıya gətirilib
-
15:10“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
18:01Deputat: Antalya Forumundan Ermənistanın regionda sülhün bərpasında ciddi məsuliyyət daşıdığına bir daha əmin olduq
-
13:53İlham Əliyev o üç ölkənin adını buna görə çəkdi - rəylər
-
13:22Almaniyadan Bakıya Qarabağ jesti- situativ reverans, yoxsa...
-
11:20“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
09:59Xocalı şəhidləri Polşadakı katolik kilsəsində anılıb - Foto/Video
-
13:52Deputatdan SENSASİON YAZI: "Xocalı soyqırımında adı keçənlər..."
-
13:09Layihənin adı: “QİÇS və Narkomaniyaya qarşı mübarizə tədbirlərinin keçirilməsi”
-
14:25Prezident İlham Əliyevin açıq mesajları xarici siyasətimizin gələcək prioriteti baxımından çox önəmlidir - Deputat
-
15:55“Samir Rzayevin gəlişi AZAL-da çox şeyi yaxşıya doğru dəyişib” – Elşən Musayev
-
14:47"Dünən şahidi olduq ki, idman nə qədər böyük siyasətdir" - Deputat
-
13:27“Makronun söylədikləri absurd və qərəzdən ibarətdir.” – Elşən Musayev
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
12 Mart 2024
11 Mart 2024
10 Mart 2024
09 Mart 2024
07 Mart 2024
06 Mart 2024
05 Mart 2024
04 Mart 2024
02 Mart 2024
27 Fevral 2024
26 Fevral 2024
24 Fevral 2024
23 Fevral 2024
22 Fevral 2024
Digər xəbərlər
-
SİYASƏT, GÜNDƏM
Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
SİYASƏT
"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
SİYASƏT
4 fəsil dəniz mövsümü olan şimal adası
-
SİYASƏT
“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
SİYASƏT
Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
SİYASƏT
“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
SİYASƏT
“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
SİYASƏT
Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
SİYASƏT
İKT sahəsində qadın olmaq - FOTO/VİDEO