“Bu sənədlər ATƏT-in Azərbaycanın ərazi bütövlüyünə sadiqliyinin göstəricisidir” – Azay Quliyev şərh verdi
06 İyul 2019, 21:01
06 İyul
2019
21:01
1813
Xəbər verildiyi kimi, bu gün Lüksemburqda ATƏT PA-nın 28-ci İllik sessiyası çərçivəsində Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin iclasında Azərbaycan üçün olduqca əhəmiyyətli məqamların əks olunduğu Qətnamə qəbul olunub. Beləki, dünən irlandiyalı deputat Alan Farrellin "Təhlükəsizliyin möhkəmləndirilməsi naminə davamlı inkişafa kömək: parlamentarilərin rolu” mövzusunda məruzəsi dinlənilib. Dondurulmuş münaqişələr məsələsinə toxunan bu məruzədən sonra təklif olunmuş Yekun Qətnaməyə müzakirəyə çıxarılıb.
Gərgin keçən müzakirələrdən sonra az müddət öncə Qətnamə qəbul edilib. İlkin anlaşılan odur ki, Qətnamədə Azərbaycan üçün xüsusi əhəmiyyətli məqamlar əks olunub. Bu barədə Nümayəndə heyətinin üzvü, ATƏT PA vitse- prezidenti Azay Quliyev tvitter-də paylaşım edib. Həmin tvitdə qeyd olunub: "Bu gün ATƏT PA razılaşdırılmış danışıqlar formatının dəyişdirilməsinin yol verilməz olduğu, heç bir şərt irəli sürmədən münaqişənin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həll olunmasının vacibliyini öz qərarı ilə təsdiqlədi”
Məsələyə tam aydınlıq gətirmək üçün sessiyada iştirak edən, millət vəkili Azay Quliyevin özü ilə əlaqə saxladıq. O, Qətnamənin vacibliyi haqda danışdı və aşağıdakı şərhi verdi:
"Qətnamənin 19-cu maddəsində ATƏT PA bir daha "münaqişələrin həlli üçün razılaşdırılmış formatlar çərçivəsində nəticələrin əldə edilməsinə yönələn danışıqların intensivləşdirilməsini təşviq edir və tərəfləri dayanıqlı və uzunmüddətli sülhə nail olmaq məqsədilə, Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə tam hörmət şəraitində şərtsiz olaraq xoş məramla danışıqlarda iştirak etməyə çağırır”.
Bu bənd öz növbəsində bir daha Azərbaycanın və münaqişələrdən zərər çəkmiş digər ATƏT ölkələrinin ərazi bütövlüyünü dəstəkləyir və münaqişənin onların ərazi bütövlüyü və beynəlxalq hüququn digər bazis tələbləri çərçivəsində həll olunmasının mümkün olmasını təsdiqləyir.
Qeyd olunması vacib olan digər prinsipial məqam isə ondan ibarətdir ki, burada mövcud danışıqlar formatının dəyişməzliyi xüsusi olaraq Assambleya tərəfindən qeyd edilmişdir ki, bu da Ermənistanın hakim dairələrinin mövcud status-kvo vəziyyətini süni şəkildə qorumaq üçün istifadə etdiyi daha bir əsas alətinə – separatçıların danışıqlar masası arxasına gətirilməsi cəhdlərinə olan ümidlərini də heçə endirir.
Beləliklə, yuxarıda qeyd edilənləri nəzərə alsaq əminliklə deyə bilərik ki, Assambleyanın 28-ci İllik Sessiyasında qəbul olunmuş bu sənədlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dəstəyin göstərilməsinin öz üzərinə götürən ATƏT və onun Parlament Assambleyasının Azərbaycan Respublikasının ərazi bütövlüyü prinsipinə tam olaraq sadiq qalmasının göstəricisidir”.
Sessiya öz işini davam etdirir.
LOBBİ.Az
Xəbər lenti
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
13:00Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:11Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:33Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:51“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:53“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
Digər xəbərlər
-
SİYASƏT
Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
SİYASƏT
Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
SİYASƏT
ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
SİYASƏT
Xankəndidə ilk körpə dünyaya gəlib
-
SİYASƏT
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
SİYASƏT
Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
MANŞET, SİYASƏT
Prezident Rusiyada səfərdədir (FOTO)
-
SİYASƏT
"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
SİYASƏT
Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO