Britaniya jurnalında “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistandan sürgün edilməsi” adlı məqalə dərc olunub

Britaniya jurnalında “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistandan sürgün edilməsi” adlı məqalə dərc olunub
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Həyətinin sədri Fərid Şəfiyevin Böyük Britaniyanın nüfuzlu dərgisi olan "Müsəlman azlıqların məsələsi” jurnalında "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistandan sürgün edilməsi” adlı akademik məqaləsi dərc olunub.

Mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, məqalədə SSRİ rəhbərliyinin İkinci Dünya müharibəsindən sonra Türkiyəyə qarşı ərazi iddiaları və bunun nəticəsində ermənilərin xaricdən repatriasiya və azərbaycanlıların Ermənistandan sürgün edilməsindən bəhs olunur. Sovet İttifaqı və Azərbaycan arxivlərindən əldə olunmuş material əsasında aparılmış elmi araşdırmada Sovet İttifaqı rəhbərliyinin Cənubi Qafqazda gedən siyasi və etnik proseslərə təsiri təhlil edilir.

Qeyd etmək lazımdır ki, bu, ingilisdilli akademik dərgidə 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistandan sürgün edilməsinə həsr olunmuş ilk elmi məqalədir.
 
 
 
LOBBI.Az

Xəbər lenti