Bəhruz Həsənov: "Bu film dörd nominasiya üzrə beynəlxalq mükafata namizəddir" - VİDEO

Bəhruz Həsənov:
7NEWS.az-ın məlumatına görə bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Bəhruz Həsənov bildirib: "Sevindirici haldır ki, Prezident Administrasiyası İctmai-siyasi məsələlər şöbəsi ilə Türkiyənin ingilisdilli TRT WORLD kanalının birgə əməkdaşlığı nəticəsində ərsəyə gəlmiş"Qara Bağlar, Azərbaycan və Ermənistan müharibələri” (Black Orchards: Azerbaijan and Armenia’s Wars) adlı sənədli film ABŞ-ın Los-Anceles şəhərində keçirilən Hollivud Beynəlxalq Film Festivalında "Ən yaxşı qısa sənədli film” mükafatına layiq görülüb. Eyni zamanda film dörd nominasiya üzrə beynəlxalq mükafata namizəddir. Bu il fevralın 26-da efirə gedən iyirmi altı dəqiqəlik filmdə Azərbaycan həqiqətləri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi, səbəb və nəticələri, Xocalı soyqırımı barədə tamaşaçılara ətraflı məlumat verilir. Çəkilişlərinin əsasən cəbhə bölgəsində aparıldığı sənədli filmdə qeyd edilir ki, 1990-cı illərin əvvəllərində Azərbaycanın çox çətin vəziyyətlə üzləşdiyi, ölkədə son ümidlərin də itirildiyi bir vaxtda Heydər Əliyev hakimiyyətə qayıtmaqla xalqın ümidini bərpa etməyi bacardı.
Filmdə Xocalı soyqırımı şahidlərinin, məcburi köçkünlərin, hərbçilərin, eləcə də rəsmi şəxslərin müsahibələrinə yer verilib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin torpaqlarımızın düşmən tapdağından azad ediləcəyi ilə bağlı fikirləri də filmdə əks olunub...
Növbəti uğurlara doğru..."

Xəbər lenti