“Azərbaycan-Slavyan Gənclərinin I Forumu”nun bağlanış mərasimi keçirilib – FOTOLAR

“Azərbaycan-Slavyan Gənclərinin I Forumu”nun bağlanış mərasimi keçirilib – FOTOLAR

23 fevral 2019-cu il tarixində Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının (ASGA) Gənclər Fondunun dəstəyi ilə reallaşdırdığı "Azərbaycan-Slavyan Gənclərinin I Forumu”nun bağlanış mərasimi keçirilib.

Mərasimi giriş sözü ilə açan Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov üç günlük Forumun əhəmiyyətindən danışıb: "Bu Forum bizimçün çox mühüm platformaya çevrilə bilər. Biz Azərbaycan tarixində bir ilkə imza atdıq. Hesab edirəm ASGA olaraq biz növbəti illərdə daha çox ölkələri əhatə edə bilər, daha maraqlı mövzularda müzakirələr apara bilərik. Ancaq bu ilk forum olduğuna görə daha çox təcrübə xarakteri daşıyırdı. Bakı Slavyan Universitetində 750 nəfərin iştirakı ilə açılış mərasimi, panel müzakirələr, Heydər Əliyev Mərkəzinə ekskursiya, Gənclər paytaxtı Şamaxıda görüş sözün əsl mənasında Foruma olan marağı artırdı. Mən fürsətdən istifadə edib Forumun reallaşması üçün bizlərə şans verən Gənclər Fonduna ASGA komandası adından təşəkkür edirəm”.

Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasında Gənclər Parlamentinin sədri Mariya Voropayeva çıxışında Azərbaycanı yenidən kəşf etdiyini dedi. O, gələcəkdə bu formatlı Forumun Moskvada keçirilməsinin vacibliyindən danışdı.

Ukrayna Konqresinin üzvü Moskalenko Oksana, Moskva Azərbaycanlıları İcmasının sədri Şamil Tağıyev, Bolqar-Azərbaycan icmasının üzvü Əlizadə Gülmirə və digərləri çıxış edərək forum haqqında öz təəssüratlarını, arzu və istəklərini söylədirlər.

Daha sonra "Azərbaycan-Slavyan Gənclərinin I Forumu”nda iştirak edək 18 gəncə sertifikatlar təqdim olundu.

7NEWS.az

























Xəbər lenti