“Azərbaycan Ordusu bütün fövqəladə hadisələrə hazırdır” - Ekspert

“Azərbaycan Ordusu bütün fövqəladə hadisələrə hazırdır” - Ekspert
"Azərbaycan Ordusu bütün fövqəladə hadisələrə hazırdır. Çünki şəxsi heyət üçün nəzərdə tutulan tədris-təlim prosesində belə məsələlər üzrə profilaktik tədbirlər həyata keçirilir"/

Bunu Qaynarinfo-ya açıqlamasında ehtiyatda olan zabit, hərbi ekspert Abuzər Əbilov deyib.

O bildirib ki, hazırda dünyada və Azərbaycanda karonavirus pandemiyasının tüğyan etməsinə baxmayaraq Azərbaycan Ordusunun təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimi təşkil olunub: "Çünki Azərbaycan Ordusunda tibbi xidmət yüksək səviyyədədir. Yataq yerlərində, əsgərin məişət otaqlarında, yeməkxanalarda, parklarda və digər texniki-iaşə obyektlərində pandemiyaya qarşı dezinfeksiya tədbirləri görülüb. Bununla yanaşı, hər gün səhər və axşam yoxlanışında əsgərlərin səhhəti haqqında onlardan soruşulur. Ona görə də pandemiya dövründə Azərbaycan Ordusunda heç bir problem yaranmayıb. Bunu rəhbər tutaraq Müdafiə nazirinin əmri ilə hərbi hissələrdə andiçmə mərasimi keçirilib".
 


Ekspertin fikrincə, şəxsi heyət bugünkü virus və digər xəstəliklər haqqında məlumatlandırılıb: "Artıq Azərbaycanda yay fəslidir və bu fəslin özünün də çətinlikləri var; isti havalarda susuzluqdan əziyyət çəkmək, gün vurmaq, təbiətdə ilanların oyanışı və s. təhlükələr var. Bütün bunlara qarşı orduda tədbirlər planı var və tətbiq edilir. Sözsüz ki, ordumuz elə vəziyyətdə deyil ki, hansısa xəstəlik onu qarşıya qoyulan planlardan çəkindirsin. Orduda bütün tədbirlər görülüb. Bu yaxınlarda Müdafiə Nazirliyinin Tibb Xidməti rəisi şəxsi heyətin sağlamlığı, onların qorunması, hospitalların və tibb məntəqələrinin hər vaxt işlək olması haqqında cəmiyyətə açıqlama verdi. Buna görə də orduda bütün təlim-tədris və digər planlar vaxtlı-vaxtında yerinə yetirilir".
 
7News.Az

Xəbər lenti