“Azərbaycan Könüllülük Həftəsi”nin başa çatması ilə əlaqədar tədbir təşkil olunub - FOTOLAR

“Azərbaycan Könüllülük Həftəsi”nin başa çatması ilə əlaqədar tədbir təşkil olunub - FOTOLAR
Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı, bütün könüllü təşkilatları və hərəkatlarının iştirakı ilə həyata keçirilən "Azərbaycan Könüllülük Həftəsi”nin başa çatması ilə əlaqədar tədbir təşkil olunub.
Öncə layihə müddətində həyata keçirilmiş tədbirlərə dair videoçarx təqdim olunub. Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov 1-9 dekabr tarixini əhatə edən "Azərbaycan Könüllülük Həftəsi” layihəsi çərçivəsində həyata keçirilmiş müxtəlif sosial aksiyalar və tədbirlər barədə məlumat veriblər. Diqqətə çatdırılıb ki, bu çərçivədə reallaşdırılan "Şəhidimiz”, "VətənimİZ”, "TəbiətimİZ”, " Könüllülük Sərhəd Tanımır !”, Azərbaycan Könüllülərinin 2-ci Həmrəylik Forumu, 4 günlük qış düşərgəsi kimi tədbirlər, ümumilikdə 15000-dən çox könüllünü əhatə edib.
Sonra layihənin həyata keçirilməsində iştirak edən müxtəlif qurum və təşkilatlara təşəkkürnamələr təqdim olunub.


















Xəbər lenti