Azay Quliyevdən “Freedom House”-a etiraz: “Hesabatlarınızı dərc etməzdən əvvəl faktları yoxlayın”
09 May 2020, 10:30
09 May
2020
10:30
1712
Bu gün ATƏT Parlament Assambleyası "Fövqəladə vəziyyətlər zamanı insan hüquqlarına hörmət və demokratik nəzarətin qorunması” mövzusunda
veb-dialoq keçirib. Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev iclasda çıxış edərək bir sıra vacib məqamlara toxunub. Azay Quliyev ilk olaraq Freedom House təşkilatının direktoru Maykl Abramoviçin Azərbaycanla bağlı açıqlamasına etirazını bildirərək onu etirazını bildirib.
ATƏT PA-nın vitse-prezidenti bildirib ki, bu təşkilat adətən Azərbaycanla bağlı məlumatları reallıqla tamamilə əlaqəsi olmayan yerlərdən əldə edir: "Azərbaycandakı medianın durumuna verdiyiniz qiymətlə razı deyiləm. Hesab edirəm ki bu yanlış, qərəzli və əsassız yanaşmadır. "Freedom House” təşkilatına tövsiyəm budur ki, hər hansı bir hesabat dərc etməzdən əvvəl əldə etdiyi faktları təkrarən yoxlamağa çalışsın. Sizin istinad etdiyiniz mənbələrin etibarlılığına mənim şübhəm var.
COVID-19 pandemiyası ilə bağlı dezinformasiya və yanlış məlumatlarla mübarizə kontekstində Azərbaycan Respublikasının Milli Məclisi 17 mart 2020-ci ildə "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişikliklər edib. Bu dəyişikliklərə əsasən, informasiya internet resursunun sahibi insanların həyat və sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının törədilməsi, ictimai təhlükəsizliyin kütləvi şəkildə pozulması, həyat təminatı obyektlərinin, maliyyə, nəqliyyat, rabitə, sənaye, energetika və sosial infrastruktur obyektlərinin fəaliyyətinin pozulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhdidini törədən yalan məlumatların yerləşdirilməsinə yol verməməlidir.
Beləliklə, qanuna edilən düzəlişlər koronavirusa dair dezinformasiyanın qarşısını almaq, habelə "saxta mütəxəssisləri” ifşa etmək məqsədi daşıyır”.
Azay Quliyev deyib ki, karantin rejiminin pozulmasına görə məsuliyyət daşıyanlarla bağlı siyasi motivli qərar olmayıb. İstənilən Qərb ölkəsi kimi Azərbaycan hökuməti də hər bir vətəndaşın qanuna və qaydalara riayət etdiyinə və başqalarının həyatını koronavirusa yoluxma təhlükəsi ilə üzləşdirmədiyinə əmin olmağa çalışır: "Karantin rejimi haqqında qanunları pozduğuna görə cərimələnən və ya saxlanılanlar sırasında iqtidar partiyasının üzvü olan şəxslərdə var. Həmçinin son üç həftə ərzində 5 rayonun icra başçısı korrupsiya və səlahiyyətlərindən sui-istifadəyə görə həbs olunub”.
Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri bildirib ki, koronavirusla mübarizənin Azərbaycan modeli ATƏT-in 35 dövlətindən fərqli olaraq fövqəladə vəziyyət elan etmədən bir sıra koronavirusla əlaqəli məhdudiyyətlərin tətbiq edilməsini nəzərdə tutur. Bu da öz növbəsində insan hüquqları ilə əlaqəli problemlərin qarşısını almağa kömək edir. Əhalinin sosial məsuliyyətini dərk etməsi bu tədbirlərin uğur qazanmasının arxasında duran əsas səbəblərdən biridir: "Xüsusi karantin rejimi martın 24-dən etibarən tətbiq edilsə də, bu qərardan hələ bir həftə əvvəl dövlət sərhədləri bağlanıb. Aprelin 27-dən etibarən bu məhdudiyyətlərin tədricən yumşalması prosesinə start verilib. Hazırda məhdudiyyətlər yalnız Azərbaycanın 5 böyük şəhərində qüvvədə qalmaqdadır”.
Azay Quliyev çıxışında Azərbaycanın çoxtərəfli əməkdaşlığa və COVID-19-a qarşı qlobal reaksiyanın səfərbər edilməsi prosesinə mühüm töhfə verməkdə olduğunu deyib. Azərbaycan, pandemiyanın qarşısını almaq üçün beynəlxalq səylərə qoşulan ilk ölkələrdən biri olmaqla yanaşı, Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində yardım edib: "Bundan əlavə, təmsil etdiyim ölkə yardıma ehtiyacı olan 10-dan çox ölkəyə texniki dəstək göstərib. Azərbaycan Türk Şurası və Qoşulmama Hərəkatının hazırkı sədr ölkəsi olaraq 10 aprel 2020-ci ildə Türk Şurasının Fövqəladə Zirvə Görüşünü və 4 may 2020-ci il tarixində Qoşulmama Hərəkatının Təmas Qrupunun "COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə Görüşünü videokonfrans formatında uğurla təşkil edib.
İnsan hüquqlarının və dünyada həmrəyliyin təşviqi, pandemiyaya qlobal reaksiyanın və beynəlxalq səylərin əlaqələndirilməsi 120-dən çox ölkəni bir araya gətirən Qoşulmama Hərəkatının Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən onlayn Zirvə Görüşünün əsas nəticələrindən oldu. Digər beynəlxalq təşkilatlarla yanaşı, tarixində ilk dəfə olaraq Avropa Komissiyası da Qoşulmama Hərəkatının Zirvə Görüşünə qatıldı. Bütün iştirakçı dövlətlər Birləşmiş Millətlər Təşkilatının üç sütununa – sülh və təhlükəsizlik, inkişaf və insan haqlarına dəstəyini bir daha vurğuladılar”.
ATƏT PA-nın vitse-prezidenti pandemiya dövründə Azərbaycan parlamentinin də öz çevikliyini nümayiş etdirdiyini bildirib. Bunun nəticəsində qanunverici qurumun fəaliyyətində heç bir ləngimə müşahidə edilməyib və fasiləsiz iş təmin olunub: "Bu yaxınlarda qəbul edilmiş yeni qanuna uyğun olaraq plenar və komitə iclaslarının onlayn rejimdə keçirilməsi qərara alınıb. Plenar iclaslar zamanı millət vəkilləri bir-birindən ən azı 2 metrlik sosial məsafəyə riayət edirlər.
Pandemiya vəziyyətinə baxmayaraq, yeni seçilmiş Azərbaycan Milli Məclisinin aparatında aparılan dəyişikliklər vasitəsilə onun ölkəmizdə həyata keçirilən islahatlar siyasətinin ruhuna və tələblərinə tam cavab verən instituta çevrildiyini də qeyd etmək istərdim”.
Azay Quliyev parlamentin xalqla hökumət arasındakı əsas körpülərdən biri olduğundan deputat kimi geniş ictimaiyyətin rəyinə həmçinin, ATƏT PA-dakı veb görüşlərin nəticələrinə əsasən təmsil etdiyimiz ölkələrin hökumətinə təkliflər irəli sürmək vəzifəsi daşıdıqlarını deyib. COVID-19 ilə mübarizə çərçivəsində görülən tədbirlərə ictimai və parlament nəzarətinin təşviqini davam etdirməliyik. Hökumət-parlament-vətəndaş cəmiyyəti əməkdaşlığının davamlılığı və səmərəliliyi pandemiya və postpandemiya dövründə ölkədəki hər hansı bir sosial-iqtisadi maneələrin və ya lazımsız məhdudlaşdırıcı tədbirlərin qarşısının alınması üçün əsas vasitələrdəndir: "Məlum olduğu kimi, Birləşmiş Millətlər Təşkilatı iqtisadi, sosial, mədəni, təhsil və səhiyyə sahələrində beynəlxalq əməkdaşlığın təşviqinə xüsusi yer ayıraraq 2021-ci ili "Dayanıqlı İnkişaf naminə Kreativ İqtisadiyyat ili” elan edib. Düşünürəm ki, bu fürsətdən istifadə edərək, ATƏT PA-da bu təşəbbüsə qoşula və milli parlamentləri bu təşəbbüsdə fəal iştirak etməyə çağıra bilər”.
7News.Az
Xəbər lenti
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
13:00Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:11Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:33Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:51“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:53“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
Digər xəbərlər
-
SİYASƏT
Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
SİYASƏT
Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
SİYASƏT
ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
SİYASƏT
Xankəndidə ilk körpə dünyaya gəlib
-
SİYASƏT
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
SİYASƏT
Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
MANŞET, SİYASƏT
Prezident Rusiyada səfərdədir (FOTO)
-
SİYASƏT
"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
SİYASƏT
Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO