Avropa Parlamenti növbəti dəfə Azərbaycanı dəstəklədi

Avropa Parlamenti növbəti dəfə Azərbaycanı dəstəklədi
Avropa Parlamenti bir daha Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü dəstəkləyib.

Trend bu barədə Avropa Parlamentinin martın 13-də qəbul etdiyi və Avropa Şurasına, Avropa Komissiyasının vitse-prezidentinə və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə nümayəndəsinə yolladığı rəyinə istinadən məlumat verir.

Sənəddə deyilir: "Şərq tərəfdaşlığı” ölkələrinin müstəqilliyi, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə zərər vurmaq məqsədi daşıyan dezinformasiyanın yayılmasını və gələcək dezinformasiya təhdidlərini diqqətə almaq; insanlar arasında əlaqələrə diqqət yönəltməklə və icmalar səviyyəsində dayanıqlılıq mənbəyi olan mövcud vətəndaş cəmiyyəti şəbəkələri ilə işləməklə, "Şərq tərəfdaşlığı” ölkələri ilə uzunmüddətli strateji yanaşmanın və qarşılıqlı fəaliyyət proqramının hazırlanmasına prioritet diqqət ayırmaq”.

Xatırladaq ki, 2018-ci il dekabrın 12-də Avropa Parlamenti "Aİ-nin tərəfdaş ölkələrin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə dəstəyə sadiqliyi”nin təsdiqləndiyi qətnamə qəbul etmişdi.

Xəbər lenti