“Aksiyalarda 50-yə yaxın soydaşımız xəsarət alıb” – DİASPORLA İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

“Aksiyalarda 50-yə yaxın soydaşımız xəsarət alıb” – DİASPORLA İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ
"Ümumilikdə 25 ölkədə, 20000-dən çox soydaşımızın iştirak etdiyi, 56 aksiya keçirilib.”

Bunu Hurriyyet.org-a Diasporla İş üzrə Dövlət Komitəsinin sektor müdiri Cahid İsmayıloğlu bildirib. O, keçirilmiş aksiyalarda 50-yə yaxın soydaşımızın xəsarət aldığını qeyd edib:

"İlk dəfədir ki, belə birlik nümayiş etdirərək Azərbaycan dövlətinin və ordusunun yanında olduğunu bəyan edən soydaşlarımız, diaspor təşkilatları 25 ölkədə 84 bəyanatla çıxış edib. BMT, ATƏT və digər beynəlxalq təşkilatlara, eləcə də dünyanın aparıcı ölkələrinin rəsmi dairələrinə Ermənistanın işğalçılıq siyasətinin dayandırılması ilə bağlı müraciətlər edib.

Məhz soydaşlarımızın fəallığı ilə 23 ölkədə 17 dildə 92 məqalə və xəbər çap edilib, sosial şəbəkələrdə həqiqətləri özündə əks etdirən 10000-lərlə informasiya paylaşılıb. Ümumilikdə 25 ölkədə, 20000-dən çox soydaşımızın iştirak etdiyi, 56 aksiya keçirilib.

Təəssüflə qeyd edirik ki, ABŞ-da, Belçikada, Almaniyada, Polşada  Azərbaycan diplomatik korpusunun binaları önündə icazəsiz aksiya keçirən erməni xuliqan dəstələri öz mahiyyətlərini bir daha çılpaqlığı ilə ortaya qoyub.

"Qarabağ Azərbaycandır!”, "Ermənistan terroristdir” və s. şüarları qarşısında hiddətlənən ermənilər soydaşlarımıza qarşı insanlıqdan kənar hərəkətlər edib.

Nəticədə soydaşlarımız arasında 50 nəfətə yaxını xəsarət alıb və şəxsi əmlaklara ciddi maddi zərər dəyib”.

7News.Az

Xəbər lenti