Adil Əliyev: “Biz xalq olaraq bu xəstəliyin öhdəsindən gəlməliyik”

Adil Əliyev: “Biz xalq olaraq bu xəstəliyin öhdəsindən gəlməliyik”

"Bu gün bütün dünya ciddi şəkildə sınaqdan keçir, belə ki, koronavirus (COVID-19) infeksiyası bütün dünyada sürətli şəkildə yayılır. Ümumdünya Səhiyyə Təşkilatının təqdim etdiyi statistikaya baxsaq xəstəliyin yaratdığı fəsadlar kifayət qədər ciddidir. Cənab Prezident İlham Əliyevin atdığı qətiyyətli addımlar nəticəsində virusun ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində bütün dövlət orqanları tərəfindən ciddi şəkildə iş aparılır”.

 

7News.Az-ın xəbərinə görə, bunu Milli Məclis sədrinin müavini Adil Əliyev deyib.

 

"Bu işdə əziyyət çəkən hər kəsə, xüsusilə də həkimlərimizə, polislərimizə minnətdarıq. Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyeva ən ali ad olan ana adını əsas tutub xalqımıza müraciət edərək, bildirdi ki, özümüzü, ailələrimizi, yaxınlarımızı bu xəstəliyə düçar olmaqdan qorumalıyıq. Bildirirəm ki, biz xalq olaraq bu xəstəliyin öhdəsindən gəlməliyik, hər kəsi Prezidentimizin, Birinci Vitse-Prezidentimizin göstərişlərinə və Nazirlər Kabineti yanında operativ qərargahın tələblərinə ciddi şəkildə riayət etməyə, evdə qalmağa və xəstəliyin yayılmasının qarşısının alınması istiqamətində üzərimizə düşən bütün vəzifələri layiqincə yerinə yetirməyə çağırıram. Cənab Prezidentin dediyi kimi "Biz birlikdə güclüyük!” – A.Əliyev qeyd edib.

Xəbər lenti