“Milli Məclis hazırda özünün ən parlaq dövrlərindən birini yaşayır”– Elşən Musayev
Partiya sədri: "Sahibə Qafarova Parlament üçün bir tapıntıdır”
Milli Məclisin deputatı, Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayevin "7 news.az”a müsahibəsi
Elşən müəllim, hal-hazırda Qurban bayramı, eyni zamanda Milli Mətbuat və Jurnalistika günü ərəfəsindəyik. Təqvimdəki bu xüsusi günlərlə bağlı fikirlərinizi bilmək maraqlı olardı.
Qurban bayramı Azərbaycan və azərbaycanlılar üçün müqəddəs bayramlardan biridir və illər uzunudur təmtəraqlı şəkildə, ən yüksək səviyyədə qeyd olunur. Eyni zamanda qeyd etmək yerinə düşər ki, bizim mentalitetə, müsəlman obrazına, dini təməllərə bağlılığımız bütün dövrlərdə xüsusi xarakter daşıyıb. Dövlətimiz də bu yöndə hər zaman təşəbbüskar rolunu oynayıb və dəyərlərimizin təbliği, yaşaması istiqamətində böyük işlər görüb. Sadəcə bu ilki bayramın bir başqa ayrıcalığı var və həmin ayrıcalıq da ondan ibarətdir ki, bu dəfəki bayram əzəli torpaqlarımız olan Qarabağda da, Ağdamda da, Kəlbəcərdə də, Laçında da, işğaldan azad edilən digər rayonlarımızda da qeyd ediləcək. Yəni, 2021-ci ilin Qurban bayramı həm də qələbəmizlə tamamlanan bayramdır. Ona görə ikiqat sevincliyik. Eyni zamanda Milli Mətbuat və Jurnalistika günü. Bu bayram da bizim üçün əzizdir. Mediada çalışan insanlar çox dəyərlidir, çox qiymətlidir. Onların əziyyəti, çiyinlərində daşıdıqları yük çox böyük və şərəflidir. 44 günlük müharibə dövründə də bizim dəyərli jurnalistlərimiz, media mənsubları bir daha sübut etdilər ki, onlar dövlətçilik ruhuna və yoluna sadiqdirlər. Mən dəyərli və əziz jurnalistlərimizi həmin gün münasibətilə bəri başdan təbrik edirəm.
Milli Məclis tətilə çıxıb. Necə keçir tətiliniz?
Hazırda Milli Məclisdəyəm, iş otağımdayam və buradan sizin suallarınızı cavablandırıram. Yəni, tətil olmasına baxmayaraq yenə işə gedib-gəlirik və bildiyim qədər digər həmkarlarım da öz fəaliyyətlərinə eyni şəkildə davam edirlər, seçicilərinin problemlərinin həlli ilə məşğuldurlar. Və deyim ki, elə ən gözəl istirahət budur. Sədrimiz də iş başındadır, biz də.
Amma son zamanlar Milli Məclisə qarşı müəyyən qüvvələr "qara piar” kampaniyası aparırlar. Əsas da sosial şəbəkələrdə. Səbəb nədir sizcə?
Səbəb yəqin ki, qısqanclıq və gözügötürməzlikdir. Bəzi qüvvələr sanki özləri üçün məqsəd qoyublar ki, hər vəchlə, hər mümkün vasitə ilə Milli Məclisi gözdən salsınlar. Niyə? – Səbəb məlum deyil. Halbuki, Azərbaycan Parlamenti hazırda özünün ən parlaq dövrlərindən birini yaşayır. Xüsusən də hörmətli sədrimiz Sahibə xanım Qafarova Milli Məclisin sədri seçiləndən sonra bütün istiqamətlərdə pozitiv təzahüratlar açıq-aşkar hiss olunur, sezilir, mühit yaxşı mənada dəyişib, perspektivlər açılıb, demokratiya ənənəsi güclənib. Çünki Sahibə xanımın özü də yetərincə demokrat adamdır, özgüvəni olan insandır, bütöv şəxsiyyətdir, tər-təmiz tərcümeyi-hala sahib olan bir simadır, obrazdır. O, Milli Məclis üçün sözün gerçək anlamında bir tapıntıdır. Qısa zaman ərzində də böyük işlər görüb. Çox böyük işlər.
Nə dəyişib Milli Məclisdə?
Çox şey. Həm də qısa müddətdə. Sadə bir məqamı vurğulayım: mən deputat seçilmədən öncə Milli Məclisdə əməkdaş olaraq fəaliyyət göstərmişəm. Ona görə də Milli Məclis Aparatının mətbəxinə yaxından bələdəm və yaxşı bilirəm ki, nə qədər peşəkar insan, dəyərli ziyalı, dövlətcil kadr onlar üçün münbit şəraitin yaranacağı günü gözləyib. Düzdür, həmin insanların fəaliyyəti hər zaman qiymətləndirilib. Amma bu günki hal və şərait daha artıqdır, daha təqdirəlayiqdir. Hazırda Milli Məclisin fəaliyyəti daha korrektdir, daha kompaktdır, daha səmərəlidir. Mənimlə bərabər çalışan insanlar vardı, zamanında. O vaxtlar mütəxəssis idilər. İndi isə şöbə müdirləridir. Fərid Hacıyev kimi dolğun kadrlar, Adil Vəliyev kimi görkəmli ziyalılar, Rüstəm Mahmudov kimi peşəkar məmurlar bu gün irəli çəkiliblər, layiq olduqları yerdə qərarlaşıblar. Qəhrəman qazimizin atası Eldar müəllimə böyük etimad göstərilib. 20 ildən artıq eyni vəzifədə çalışan dəyərli dostlarımız, həmkarlarımız vardı, onlar da diqqətdən kənarda qalmayıb, nəhayət onların da həyatlarında, işlərində dəyişiklik,yüksəliş olub və qeyd elədiyim bu hallar əslində miqyası çox böyük olan hadisələrdir. Məlum pozitiv halların, müsbət dəyişikliklərin hamısının birbaşa təşəbbüskarı və icraçısı isə məhz Sahibə Qafarovadır. Eyni zamanda Milli Məclisin fəaliyyətinə nəzər salın. Pandemiya zamanı da həmin fəaliyyətdə ən kiçik axsama olmadı, qanunların qəbulu gecikmədi, iclaslarımız təxirə salınmadı. 44 günlük Vətən Müharibəsi dövründə beynəlxalq ictimaiyyəti məlumatlandırmaq məqsədilə Parlament diplomatiyası var gücü ilə işlədi, 88 ölkənin Parlamentinə, 11 beynəlxalq təşkilata məktublar göndərildi, ard-arda bəyənatlar verildi. Ayrıca, bir məqamı da xüsusi vurğulayım: il yarım ərzində hörmətli Sədrimizin 5 ölkəyə səfəri reallaşıb. Hamısı da biri-birindən vacib və faydalı səfərlər. Və niyə bu vaciblik və faydalılıq məsələsini xüsusi qeyd edirəm, qabardıram? Çünki məlum səfərlər yalnız səfər xətrinə səfər olmayıb, sıradan bir protokol xarakteri daşımayıb. Əksinə, haqqında danışdığım səfərlər çox mühüm strateji, siyasi məqsədləri özündə ehtiva edib, bu səfərlərdə hər saniyənin, dəqiqənin, saatın qədri bilinib. Elə hər mənada. Və həmin səfərlər, eyni zamanda vurğuladığım digər müsbət məqamlar da daxil, bütün uğurların səbəbi bilirsinizmi nədir? – Proseslərə düzgün yanaşma, idarəetmə strategiyasının düzgün qurulması, fəaliyyət planının düzgün seçilməsi.
Parlament demokratiyası sizi qane edirmi?
Əlbətdə qane edir. Parlament demokratiyası bu gün ən üst həddədir. Deputat fikrini də, iradını da, tənqidini də çox rahat şəkildə ifadə edir. Düşündüyümüz, bizləri narahat edən bütün məsələlər birbaşa Milli Məclisin tribunasından səslənir. Bəzən hətta ən sərt formada. Parlament belə olmalıdır. Parlament demokratiyasının zirvəsi budur. Və söhbət münbit şəraitin yaradılmasından düşmüşkən bir neçə məqamı da qeyd edim. Məsələn, əvvəllər cari məsələlərlə bağlı ən yaxşı halda 2 ayda 1 dəfə danışmaq imkanımız olurdu. İndi isə bu imkan hər iclasda yaradılır. Hətta qanun layihələrinin 3-cü oxunuşunda da rahat danışmaq imkanımız var. Hərçənd bəzi insanlar düşünür ki, bu yanlış tendensiyadır və 3-cü oxunuşda fikir bildirmək olmaz. Əslində isə xeyr, bu belə deyil. 3-cü oxunuşda sadəcə mətni dəyişmək olmaz, əlavələr etmək olmaz. Amma deputat həmişə danışa bilər və danışmalıdır da. Bu imkanı da bizə yüksək idarəçilik məharəti olan hörmətli sədrimiz yaradır.
Söylədiklərinizi keçmişin təftişi və ya keçmişlə müqayisə kimi qəbul etmək olarmı?
Xeyr, bu sadəcə tərəqqinin və nəzərəçarpan yüksək dinamikanın ifadəsidir. Eyni zamanda mənə ağır gələn budur ki, bəzən deputat nə edirsə etsin, nə iş görürsə görsün, yenə hədəfə gəlir. Bəzənsə hətta Sahibə xanım haqda da ədalətsiz mükalimələr açılır, müzakirələr aparılır. Anlamıram bunun səbəbini. Bəlkə də qəsdən edilir. Bəlkə də təsadüfdür. Bəlkə də görməzdən gəlinir. Ona görə təfsilatlı danışıram. Ona görə ən dərin mətləblərə toxunuram, görülən işlər barədə xüsusi detalları açıqlayıram. Ki, hamıya bəlli olsun: Azərbaycan Parlamenti hazırda özünün ən gözəl, ən mükəmməl dövrlərindən birini yaşayır. Milli Məclisdə yetərincə dəyərli və ləyaqətli insanlar təmsil olunur. Milli Məclisə etimad hazırda kimlərinsə iddia etdiyi kimi 30 faiz deyil, ən az bunun üç qatı qədərdir. Milli Məclis öz işini yüksək peşəkarlıqla, mənəviyyatla, şərəflə görür. Milli Məclis üzvləri dövlətçilik ruhuna, milli ruha köklənmiş insanlardan ibarətdir. Bundan sonra da əlimizdən gələni edəcəyik ki, dövlətimiz üçün, millətimiz üçün, seçicilərimiz üçün yararlı və faydalı olaq.
Xəbər lenti
-
13:00Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:11Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:33Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:51“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:53“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
12:27“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:18"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
10:56Türkiyəli qonaqlar "ASAN xidmət"də
-
17:16Mingəçevirdə “Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib
-
16:40Mingəçevirdə “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində tinglər əkilib
-
16:38“Yaşıl Dünya Naminə Həmrəyliyə gedən yol” mövzusunda Dəyirmi masa keçirilib: MİNGƏÇEVİRDƏ
-
10:37“Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib – FOTOLAR
Digər xəbərlər
-
SİYASƏT
Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
SİYASƏT
Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
SİYASƏT
Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
SİYASƏT
“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
SİYASƏT
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
SİYASƏT
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
SİYASƏT, GÜNDƏM
Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
SİYASƏT
Ermənisayağı “iqtisadi sıçrayış”
-
SİYASƏT
ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat