20 yaşlı Mingəçevir Şəhidi Emil Əmirovun xatirə lövhəsinin açılış mərasimi olub - FOTOLAR

20 yaşlı Mingəçevir Şəhidi Emil Əmirovun xatirə lövhəsinin açılış mərasimi olub - FOTOLAR
7NEWS.az xəbər verir ki, bu gün 20 yaşlı şəhid Emil Əmirovun xatirə lövhəsinin açılış mərasimi olub. Emil evin tək övladı idi. 1992-ci ildə Emilin anası qardaş itkisi, qardaş acısı yaşayıb, 28 il sonra isə oğul-övlad acısı, itkisi yaşayıb 

Emil Əmirov 2000-ci il dekabrın 9-da Mingəçevir şəhərində anadan olub. Subay idi. 

Azərbaycan Ordusunun kiçik çavuşu olan Emil Əmirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Emil Əmirov oktyabrın 14-də Suqovuşan döyüşləri zamanı şəhid olub. 

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Emil Əmirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Emil Əmirov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. 

Allah rəhmət eləsin! 
Нет описания.
Нет описания.
Нет описания.
Нет описания.
Нет описания.
Нет описания.
Нет описания.
Нет описания.
Нет описания.
Нет описания.
Нет описания.


Xəbər lenti